“Azərbaycanda dövlət məktəblərinin şagird sayına uyğun maliyyələşdirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib”.
“Tehsil365” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir şagirdə düşən illik təhsil xərcləri və dövlət büdcəsindən maliyyələşmə qaydaları təsdiqlənib.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, adambaşına maliyyələşmə mexanizmi məktəblərə ayrılan vəsaitlərin daha səmərəli istifadəsinə imkan yarada bilər.
Onun sözlərinə görə, tam orta məktəblərdə hər şagird üçün illik 2000 manat, lisey və gimnaziyalarda 2200 manat, internat tipli ümumi təhsil müəssisələrində 2500 manat, internat tipli lisey və gimnaziyalarda isə 3000 manat maliyyələşmə müəyyən edilib.
Ekspert hesab edir ki, mexanizmin düzgün tətbiqi müəllimlərin əməkhaqlarının artırılması, məktəb infrastrukturunun yaxşılaşdırılması və tədris şəraitinin inkişafı üçün əlavə imkanlar yarada bilər.

