Təhsil 365 - Logo Mobile

Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nin açılış seminarı keçirilib

2327.10.2026 - 19:23
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nin açılış seminarı keçirilib

2026-cı il oktyabrın 27-dən Xəzər Universitetinin Hasvet Baytarlıq təbabəti fakültəsində universitetin Karyera və Məzunlar Mərkəzi ilə “HRENGINEERING” MMC-nin əməkdaşlığı çərçivəsində “Career Readiness Week” – “Karyeraya Hazırlıq Həftəsi” layihəsinin açılış seminarı keçirilib.

“Tehsil365” xəbər verir ki, “From University to Career: Essential Skills for the Job Market” (“Universitetdən karyeraya: əmək bazarı üçün vacib bacarıqlar”) adlı seminar tələbələrin əmək bazarına hazırlığını gücləndirmək, onların karyera planlaması və peşəkar inkişafına dəstək göstərmək məqsədi daşıyıb.

Tədbirdə “HRENGINEERING” MMC-nin direktoru, HREngineering Academy-nin təsisçisi və HRM-CP sertifikatlı HR eksperti Aynur Mirzəzadə çıxış edib. O, tələbələrə effektiv CV hazırlanması, iş müsahibələrinə hazırlıq, özünü peşəkar təqdimetmə və işəgötürənlərin namizədlərdən gözləntiləri barədə məlumat verib, əmək bazarında uğur qazanmaq üçün zəruri olan bacarıqlara dair praktiki tövsiyələrini bölüşüb.

Seminar zamanı tələbələr müzakirələrdə fəal və interaktiv şəkildə iştirak edib, mövzu ilə bağlı suallarını ünvanlayıblar. Spiker tələbələrin suallarını cavablandıraraq, CV hazırlanması, iş müsahibələrində özünü düzgün təqdimetmə və işəgötürənlərin gözləntiləri ilə bağlı əlavə izahlar verib.

Seminar çərçivəsində Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva da çıxış edərək, mərkəzin əsas fəaliyyət istiqamətləri, tələbələrə və məzunlara göstərilən karyera dəstəyi, işəgötürənlərlə əməkdaşlıq və yeni karyera imkanlarının yaradılması istiqamətində həyata keçirilən təşəbbüslər haqqında qısa məlumat verib.

Zərifə Əliyeva çıxışında əmək bazarındakı mövcud vəziyyətə, işəgötürənlərin namizədlərdən gözləntilərinə və müasir əmək bazarında rəqabətqabiliyyətli olmaq üçün tələb olunan bilik və bacarıqlara toxunub. O, tələbələrin universitet illərindən etibarən karyeralarını planlaşdırmalarının, praktiki təcrübə qazanmalarının, peşəkar əlaqələrini genişləndirmələrinin və öz bacarıqlarını davamlı inkişaf etdirmələrinin vacibliyini vurğulayıb.

“Karyeraya Hazırlıq Həftəsi” çərçivəsində tələbələr üçün praktiki dəstək fəaliyyətləri də təşkil olunur. 28–30 oktyabr aralığında universitetin Nərimanov, Bakıxanov və Neftçilər kampuslarında keçiriləcək “Info Desk” görüşlərində tələbələr CV-lərinin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi (“CV Clinic”), peşəkar LinkedIn profilinin yaradılması və inkişafı (“LinkedIn Lab”), eləcə də sınaq iş müsahibələrində iştirak və müsahibə bacarıqlarının təkmilləşdirilməsi (“Mock Interview”) imkanlarından yararlana biləcəklər.

Qeyd edək ki, “Karyeraya Hazırlıq Həftəsi” çərçivəsində nəzərdə tutulan fəaliyyətlər bir həftə ərzində Xəzər Universitetinin digər kampuslarında da davam etdiriləcək.

Fidan Abışova

Xəbər Lenti

Sakitlik Həmişə Problemsizlik Deyil27.10.2026 - 19:33
OKP Simpoziumu Keçirildi27.10.2026 - 19:31
Xəzər Universitetinin tələbələri Qudyalçayda sahə səfərində olublar27.10.2026 - 19:29
166 gənc müəllim Naxçıvan məktəblərində fəaliyyətə başlayıb27.10.2026 - 19:19
Xəzər Universiteti AzTU-da27.10.2026 - 19:17
Məktəblərdə yeni maliyyələşmə mexanizmi müəllimlərin maaşlarına təsir edə bilər27.10.2026 - 19:14
Kənd məktəblərində fizika və kimya fənlərinin tədrisində problem27.10.2026 - 19:10
Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəb bərpa edilir27.10.2026 - 19:07
Azərbaycanda gənc tədqiqatçıların sayı azalıb27.10.2026 - 19:02
Təhsil sahəsində çalışan qadınların sayı kişilərdən 3 dəfə çoxdur27.10.2026 - 18:47
ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub27.10.2026 - 18:36
ADPU-da YAP Konfransı baş tutdu27.10.2026 - 18:34
NDU Çində Təmsil Olundu27.10.2026 - 18:31
Fransız Dili Dərsi Keçirildi27.10.2026 - 18:26
İspanca-Azərbaycanca Lüğət Təqdimatı baş tutdu27.10.2026 - 18:22
İnklüziv təhsildə erqoterapiyanın rolu27.10.2026 - 18:20
ADU Sərgidə iştirak etdi27.10.2026 - 18:15
Sabah yağış yağacaq?27.10.2026 - 17:55
Xəzər Universitetində “Karyeraya Hazırlıq Həftəsi”nə start verilib27.10.2026 - 17:50
Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib 27.10.2026 - 17:48
UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib27.10.2026 - 17:47
Qərbi Kaspi Universiteti Mərkəzi və Qafqaz regionunda beynəlxalq tədqiqat təsiri üzrə ilk onluqda yer alıb27.10.2026 - 17:45
MDU-da vergi savadlılığı müzakirə olunub27.10.2026 - 17:43
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsi simpozium keçiriləcək27.10.2026 - 17:39
MŞ jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib27.10.2026 - 17:37
Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb27.10.2026 - 17:33
Mingəçevir Dövlət Universitetində tələbə təhsil kreditləri ilə bağlı məlumatlandırma keçirilib27.10.2026 - 17:32
“Təlimçilər üçün təlim” təşkil edilib27.10.2026 - 17:29
Emin Hüseynov: Azad edilmiş ərazilərdə bərpa olunan mədəni irs nümunələrində xüsusi yanaşmalar tətbiq edilir27.10.2026 - 17:29
QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb27.10.2026 - 17:18
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir27.10.2026 - 17:13
Bakı Prosesi çərçivəsində yeni məsələlər müzakirə olunub27.10.2026 - 17:07
“Art Weekend”in silsilə sərgiləri açılacaq27.10.2026 - 17:05
Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib27.10.2026 - 17:02
UFAZ-da tədqiqat seminarı keçirilib27.10.2026 - 17:00
Azərbaycanda İqtisadi Rəsədxana yaradılacaq27.10.2026 - 17:00
Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır27.10.2026 - 15:41
Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır27.10.2026 - 15:39
Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub27.10.2026 - 15:37
ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub27.10.2026 - 15:36
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb27.10.2026 - 15:34
Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır27.10.2026 - 15:31
Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir27.10.2026 - 15:28
Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir27.10.2026 - 15:27
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur27.10.2026 - 15:25
Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb27.10.2026 - 15:22
Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur27.10.2026 - 15:20