27 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Energetika Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçiləri Aynurə Abdalova və Pərvin Balabəyova tərəfindən “Səriştə modelinin dövlət qulluğunda tətbiqi və qiymətləndirmə alətləri" mövzusunda təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, bu haqda Dövlət İmtahan Mərkəzi öz rəsmi hesabındakı paylaşımında qeyd edib.
Qeyd edilib ki, təlim zamanı iştirakçılar dövlət qulluğunun ümumi səriştə modeli, səviyyələr və davranış indikatorlarının düzgün müəyyənləşdirilməsi, həmçinin səriştəyə əsaslanan qiymətləndirmə və müsahibə proseslərinin aparılması ilə bağlı praktiki bilik və bacarıqlar əldə ediblər. Həmçinin təlimdə real iş situasiyalarının müzakirəsi, komanda tapşırıqları və simulyasiya məşqləri keçirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

