Qazaxıstanda 2027-ci ildə “Balxaş” AES-in tikintisinə başlamaq, həmçinin “Moyınkum” AES-in tikintisini sürətləndirmək üçün hərtərəfli əməkdaşlıq müqaviləsi imzalamaq təklif edilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, bu təklif dövlət başçısı Kasım-Jomart Tokayev tərəfindən “Qazaxıstanın yeni tarixi dövrdəki təxirəsalınmaz vəzifələri” adlı xalqa müraciətində irəli sürülüb.
Prezident nüvə enerjisinin fundamental əhəmiyyətini vurğulayıb və ümumxalq referendumunun nəticəsi olaraq eyni vaxtda bir neçə atom elektrik stansiyasının tikilməsi qərarının qəbul edildiyini qeyd edib.
Prezident əlavə edib ki, Qazaxıstanın növbəti 100 il ərzində atom elektrik stansiyalarının ehtiyaclarını ödəyəcək dövlət strateji uran ehtiyatının yaradılması təklifini ciddi şəkildə nəzərdən keçirməsi diqqət mərkəzində olmalıdır.

