Təhsil 365 - Logo Mobile

“CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

5328.10.2026 - 09:27
“CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində müasir xoreoqrafiyanın seçilən nümayəndələrindən biri olan Şaron Eyalın “Studiyada” adlı açıq məşqi keçiriləcək.

“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 28-dən noyabrın 8-dək keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) paralel proqramına daxildir.

Festivalın rəsmi tərəfdaşı olan “CHELEBI” müasir mədəniyyətlə əlaqələrini genişləndirir, bədii eksperimentləri və müxtəlif sahələr arasında yaradıcılıq mübadiləsini dəstəkləyir. Azərbaycan mədəni irsinə söykənən brend beynəlxalq sənətkarlar və mədəniyyət qurumları ilə əməkdaşlığı öz yaradıcı kimliyinin inkişafında mühüm istiqamət hesab edir.

“Studiyada” tamaşaçılara səhnə əsərinin yaradılma prosesini izləmək üçün xüsusi imkan yaradır. Proqram 20 dəqiqəlik sənədli filmlə başlayacaq. Ardınca Eloiz Jokviyel, Daren Devani, Conni MakMillan və Xuan Xil ilə 30 dəqiqəlik canlı təqdimat olacaq. Rəqqaslar üç parça ifa edəcəklər: “Kristina” (Christina), “Tüklü aləmə doğru” (Into the Hairy) əsərindən ilhamlanan duet və “Kədəri təxirə salmaq” (Delay the Sadness) tamaşasından bir parça. Proqram Şaron Eyal və rəqqaslarla açıq söhbətlə yekunlaşacaq.

Rəssam Aida Mahmudova tərəfindən 2013-cü ildə təsis edilən “CHELEBI” Azərbaycan dizayn brendidir. Brend mədəni irsi müasir mebel, əşyalar və bədii əməkdaşlıqlar vasitəsilə yenidən şərh edir. Yerli sənətkarlar və beynəlxalq dizaynerlərlə çalışan “CHELEBI” ənənəvi sənətkarlığı müasir kontekstdə təqdim edir. Brend, həmçinin Azərbaycanın yaradıcı irsi ilə beynəlxalq mədəniyyət mühiti arasında əlaqə quraraq mədəni mübadiləni təşviq edir.

Xoreoqrafiya, musiqi və vizual ifadəni bir araya gətirən Şaron Eyalın yaradıcılığı “CHELEBI”nin müxtəlif sənət sahələri arasındakı əlaqəyə marağı ilə səsləşir. Tərəfdaşlıq yaradıcılıq azadlığına və yeni ifadə formalarının araşdırılmasına verilən ortaq dəyəri əks etdirir.

“Rəssam kimi məni həmişə yaradıcılıq prosesi — əsər son formasını almamışdan əvvəl onu formalaşdıran eksperiment, intuisiya və dialoq maraqlandırıb. Şaron Eyalın yaradıcılığı bu azadlığın parlaq nümunəsidir. “CHELEBI” olaraq Bakı tamaşaçılarına bu prosesi yaxından yaşamaq imkanı yaratmağa dəstək verməkdən məmnunuq”, — deyə “CHELEBI”- nin təsisçisi Aida Mahmudova bildirib.

Şaron Eyal bədən hərəkətinin gücünü, ritmi, musiqini və təsirli vizual duyumu özünəməxsus üslubda birləşdirən, beynəlxalq səviyyədə tanınmış xoreoqrafdır. O, 2013-cü ildə uzunmüddətli yaradıcılıq tərəfdaşı Gai Behar ilə birlikdə “S-E-D” şirkətini təsis edib. 2022-ci ildə duet Parisə köçərək yaradıcılıq fəaliyyətinin yeni mərkəzini orada qurub. Eyal şirkətin repertuarı ilə yanaşı, dünyanın aparıcı rəqs kollektivləri üçün də əsərlər yaradıb və müasir xoreoqrafiyanın əsas simalarından birinə çevrilib.

Şaron Eyalın “Studiyada” adlı açıq məşqi noyabrın 1-də saat 13:00 Heydər Əliyev Mərkəzində təşkil olunacaq. İngilis dilində aparılacaq məşqin müddəti 60 dəqiqədir.

Biletlər və əlavə məlumat BIAF-ın rəsmi internet səhifəsində təqdim olunur.

Əzizə Qayıtmazova

Xəbər Lenti

AMEA-nın Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər abidəsini ziyarət ediblər28.10.2026 - 17:47
Vyanada “Bakı” və “Almaz” səssiz filmləri nümayiş olundu28.10.2026 - 17:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” konsertində iştirak ediblər28.10.2026 - 17:37
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 17:30
Şagirdlərin elektron yerdəyişməsi başlandı28.10.2026 - 17:25
UNEC Şanxay reytinqində dünya nəhənglərini geridə qoydu28.10.2026 - 17:22
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb28.10.2026 - 17:19
UNEC-də tələbələrə kibertəhlükəsizlik qaydaları izah olunub28.10.2026 - 17:17
ADPU-da “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib28.10.2026 - 17:14
SDU-da 1 800-dən çox kağız jurnal elektron formata keçirilib28.10.2026 - 17:10
Bakıda təhsilin gələcəyi və süni intellektin imkanları müzakirə olunub28.10.2026 - 17:02
Şagirdlərin elektron yerdəyişməsi noyabrın 4-də başlayacaq28.10.2026 - 16:58
Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb28.10.2026 - 16:49
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir28.10.2026 - 16:47
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb28.10.2026 - 16:46
Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb28.10.2026 - 16:44
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:44
Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib28.10.2026 - 16:42
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub28.10.2026 - 16:40
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 16:38
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb28.10.2026 - 16:36
Gənc rəssamların “Yay arzuları” Xətai Sənət Mərkəzində sərgilənib28.10.2026 - 16:34
Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib28.10.2026 - 16:33
Azərbaycanlı alimlər beynəlxalq konfransda çıxış ediblər28.10.2026 - 16:30
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:27
Qadınlar iqtisadiyyat və idarəetmə sahəsində kişiləri geridə qoydu 28.10.2026 - 16:26
PISA 2029-da bu bacarıqlar da qiymətləndiriləcək28.10.2026 - 16:24
Gənc alimlər məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər28.10.2026 - 16:23
Məktəbəqədər təhsildə kişi müəllimlərin sayı sıfıra yaxındır28.10.2026 - 16:21
Çində yaşlıların sayı uşaqları üstələdi28.10.2026 - 16:20
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı28.10.2026 - 16:18
Alimin elmi dəyəri onun harada işləməsi ilə ölçülməməlidir28.10.2026 - 16:16
225 nömrəli məktəbdə şagirdlərə psixoloji dəstək göstərilib28.10.2026 - 16:14
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib28.10.2026 - 16:12
Təhsilin keyfiyyəti və inkişaf hədəfləri müzakirə olunur28.10.2026 - 16:11
LDU-da gələcək baytarlar üçün birgə əyani dərs keçirilib28.10.2026 - 16:09
Qadınlar ali təhsildə, kişilər peşə təhsilində üstünlük təşkil edir28.10.2026 - 16:08
LDU-da korrupsiyaya qarşı maarifləndirici tədbir keçirilib28.10.2026 - 16:06
Psixoloq Nabat Mirzəyeva: "Hər şeyə çatmaq istəyi “ tələbəni necə tükədir? – Çıxış yolları28.10.2026 - 14:54
İsa Həbibbəyli Ramiz Mehdiyevlə bağlı dedi: "Ramiz Mehdiyevin törətdiyi cinayət əməlləri müstəqil dövlətçiliyimizə xəyanətdir"28.10.2026 - 12:00
Süni intellekt riyaziyyat və fizikada 3 böyük kəşfə imza atdı28.10.2026 - 11:57
Tam ştata seçilməyənlər üçün çıxış yolu - Müəllimləri nə gözləyir?28.10.2026 - 11:55
UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu28.10.2026 - 11:53
Aydan Ramazanova: Təhsili qadınların iqtisadi imkanları ilə əlaqələndirmək lazımdır28.10.2026 - 11:48
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 11:45
Gənc alimlər məktəblilər üçün ustad dərsi keçiblər28.10.2026 - 09:32
Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər28.10.2026 - 09:25