Təhsil 365 - Logo Mobile

Tam ştata seçilməyənlər üçün çıxış yolu - Müəllimləri nə gözləyir?

19828.10.2026 - 11:55
Tam ştata seçilməyənlər üçün çıxış yolu - Müəllimləri nə gözləyir?

Tam ştatlı müəllim sisteminin 2027-ci ilin sentyabrından etibarən tətbiqinə başlanılması və modelin 20 min müəllimi əhatə etməsi nəzərdə tutulur.

“Tehsil365”Modern.az -a istinadən xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, tam ştata seçilməmək müəllimin peşədən kənarlaşdırılması kimi başa düşülməməlidir:

“İstənilən yenilik tətbiq olunanda müəllimləri ilk növbədə düşündürən məsələ onun öz işinə, gəlirinə və gələcək fəaliyyətinə necə təsir edəcəyidir. Ona görə də tam ştatlı müəllim modelinə keçidlə bağlı yaranan narahatlıqları başadüşülən hesab edirəm.

İlk növbədə bir məqamı aydınlaşdırmaq istərdim. Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamalarına əsasən, tam ştatlı müəllim modelinə keçid mövcud saathesabı sistemi tamamilə əvəz etməyəcək. Sertifikatlaşdırmadan uğurla keçən, lakin tam ştatlı müəllim kimi seçilməyən şəxslər əvvəlki qaydada, müvafiq əməkhaqqı əlavələri ilə pedaqoji fəaliyyətlərini davam etdirə biləcəklər. Yəni tam ştata seçilməmək müəllimin peşədən kənarlaşdırılması kimi başa düşülməməlidir”.

İslahatların uğurunu yalnız neçə müəllimin tam ştata keçməsi ilə deyil, bütövlükdə müəllimlərin iş şəraitinə, peşəkar inkişafına və təhsilin keyfiyyətinə göstərdiyi müsbət təsirlə qiymətləndirməliyik:

“Fikrimcə, burada əsas məqsəd müəllimlər arasında yeni bir bölgü yaratmaq deyil, hər bir müəllimin potensialından düzgün istifadə etməkdir. Tam ştatlı müəllim modelinə keçid mərhələli şəkildə həyata keçiriləcəksə, bu prosesdə seçimdən kənarda qalan müəllimlərin də peşəkar inkişaf imkanları diqqətdə saxlanılmalıdır.

Hesab edirəm ki, belə müəllimlər üçün əlavə ixtisasartırma proqramları, mentorluq dəstəyi, peşəkar inkişaf təlimləri və gələcək seçim mərhələlərində yenidən iştirak imkanları nəzərdə tutulmalıdır. Eyni zamanda, dərs yükünün məktəblər arasında daha səmərəli bölüşdürülməsi və müəllimlərin təcrübəsinə uyğun digər pedaqoji fəaliyyətlərə cəlb edilməsi də alternativ həll yollarından ola bilər.

Burada seçim meyarlarının əvvəlcədən aydın şəkildə elan olunması da olduqca vacibdir. Müəllim bilməlidir ki, hansı tələblərə cavab verməlidir və özünü hansı istiqamətdə inkişaf etdirməlidir.

Unutmamalıyıq ki, illərini təhsilə həsr etmiş, böyük təcrübəyə malik müəllimlərimiz var. Hər birinin bilik və təcrübəsi təhsilimiz üçün dəyərlidir. İslahatların uğurunu yalnız neçə müəllimin tam ştata keçməsi ilə deyil, bütövlükdə müəllimlərin iş şəraitinə, peşəkar inkişafına və təhsilin keyfiyyətinə göstərdiyi müsbət təsirlə qiymətləndirməliyik.

Mən istərdim ki, bu model müəllimlər arasında narahatlıq və rəqabətdən daha çox, inkişaf üçün yeni motivasiya yaratsın. Çünki məqsəd kimisə geridə qoymaq deyil, bütün müəllimlərimiz üçün daha yaxşı imkanlar formalaşdırmaq olmalıdır”.

Fatimə Hümbətova

Xəbər Lenti

AMEA-nın Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər abidəsini ziyarət ediblər28.10.2026 - 17:47
Vyanada “Bakı” və “Almaz” səssiz filmləri nümayiş olundu28.10.2026 - 17:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” konsertində iştirak ediblər28.10.2026 - 17:37
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 17:30
Şagirdlərin elektron yerdəyişməsi başlandı28.10.2026 - 17:25
UNEC Şanxay reytinqində dünya nəhənglərini geridə qoydu28.10.2026 - 17:22
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb28.10.2026 - 17:19
UNEC-də tələbələrə kibertəhlükəsizlik qaydaları izah olunub28.10.2026 - 17:17
ADPU-da “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib28.10.2026 - 17:14
SDU-da 1 800-dən çox kağız jurnal elektron formata keçirilib28.10.2026 - 17:10
Bakıda təhsilin gələcəyi və süni intellektin imkanları müzakirə olunub28.10.2026 - 17:02
Şagirdlərin elektron yerdəyişməsi noyabrın 4-də başlayacaq28.10.2026 - 16:58
Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb28.10.2026 - 16:49
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir28.10.2026 - 16:47
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb28.10.2026 - 16:46
Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb28.10.2026 - 16:44
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:44
Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib28.10.2026 - 16:42
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub28.10.2026 - 16:40
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 16:38
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb28.10.2026 - 16:36
Gənc rəssamların “Yay arzuları” Xətai Sənət Mərkəzində sərgilənib28.10.2026 - 16:34
Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib28.10.2026 - 16:33
Azərbaycanlı alimlər beynəlxalq konfransda çıxış ediblər28.10.2026 - 16:30
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:27
Qadınlar iqtisadiyyat və idarəetmə sahəsində kişiləri geridə qoydu 28.10.2026 - 16:26
PISA 2029-da bu bacarıqlar da qiymətləndiriləcək28.10.2026 - 16:24
Gənc alimlər məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər28.10.2026 - 16:23
Məktəbəqədər təhsildə kişi müəllimlərin sayı sıfıra yaxındır28.10.2026 - 16:21
Çində yaşlıların sayı uşaqları üstələdi28.10.2026 - 16:20
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı28.10.2026 - 16:18
Alimin elmi dəyəri onun harada işləməsi ilə ölçülməməlidir28.10.2026 - 16:16
225 nömrəli məktəbdə şagirdlərə psixoloji dəstək göstərilib28.10.2026 - 16:14
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib28.10.2026 - 16:12
Təhsilin keyfiyyəti və inkişaf hədəfləri müzakirə olunur28.10.2026 - 16:11
LDU-da gələcək baytarlar üçün birgə əyani dərs keçirilib28.10.2026 - 16:09
Qadınlar ali təhsildə, kişilər peşə təhsilində üstünlük təşkil edir28.10.2026 - 16:08
LDU-da korrupsiyaya qarşı maarifləndirici tədbir keçirilib28.10.2026 - 16:06
Psixoloq Nabat Mirzəyeva: "Hər şeyə çatmaq istəyi “ tələbəni necə tükədir? – Çıxış yolları28.10.2026 - 14:54
İsa Həbibbəyli Ramiz Mehdiyevlə bağlı dedi: "Ramiz Mehdiyevin törətdiyi cinayət əməlləri müstəqil dövlətçiliyimizə xəyanətdir"28.10.2026 - 12:00
Süni intellekt riyaziyyat və fizikada 3 böyük kəşfə imza atdı28.10.2026 - 11:57
UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu28.10.2026 - 11:53
Aydan Ramazanova: Təhsili qadınların iqtisadi imkanları ilə əlaqələndirmək lazımdır28.10.2026 - 11:48
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 11:45
Gənc alimlər məktəblilər üçün ustad dərsi keçiblər28.10.2026 - 09:32
“CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir28.10.2026 - 09:27
Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər28.10.2026 - 09:25