Təhsil 365 - Logo Mobile

“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib

9428.10.2026 - 16:12
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib

Oktyabrın 28-də ADA Universitetində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusuna həsr olunmuş sessiya keçirilib.

“Tehsil365” xəbər verir ki, sessiyanın açılış hissəsində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, müasir dövrdə qlobal problemlərin həlli cəmiyyətdə hansı tip insanın formalaşmasından çox asılıdır. Onun sözlərinə görə, müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün zəruri olan milli və bəşəri dəyərlər cəmiyyətə yalnız təhsil vasitəsilə aşılanır.

Nazir müavini müasir dövrdə qlobal problemlərin həllində təhsilin və yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşdırılmasının mühüm rol oynadığını vurğulayıb. O, texnoloji inkişafın, rəqəmsallaşmanın və süni intellektin insanların həyat və düşüncə tərzini dəyişdirdiyini, xüsusilə gənclər üçün yeni imkanlar yaratdığını qeyd edib.

Firudin Qurbanov süni intellektin müxtəlif mədəniyyətlərin tanınması, mədəniyyətlərarası ünsiyyətin inkişafı və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Bu sahədə tədqiqatların aparılmasının, elm və təhsil yanaşmalarının inteqrasiyasının vacibliyini vurğulayıb.

Nazir müavini, həmçinin “Dialoq – elm – təhsil” vəhdətinin sülh təşəbbüslərinin real sosial layihələrə çevrilməsinə, cəmiyyətdə qarşılıqlı hörmətin və davamlı etimadın möhkəmləndirilməsinə töhfə verdiyini bildirib.

Çıxış edən Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri, professor Fateh Mansouri müasir dünyada ekstremizm, populizm, irqçilik və ayrı-seçkilik kimi çağırışların aradan qaldırılmasında təhsilin mühüm rolunu vurğulayıb. O, mədəni müxtəlifliyin daha çox müşahidə olunduğu müasir cəmiyyətdə şagirdlərin hazırlanmasının, müəllimlərin pedaqoji yanaşmalarının təkmilləşdirilməsinin və təhsil məzmununun yenilənməsinin vacibliyini qeyd edib.

Professor qarşılıqlı etimadın, ictimai həmrəyliyin və ədalətin sosial inkişaf, sülh və fikir ayrılıqlarının dinc yolla həlli baxımından əhəmiyyətinə diqqət çəkib. Həmçinin süni intellekt və rəqəmsal transformasiyanın yaratdığı imkanlardan istifadə etməklə təhsillə cəmiyyətin ehtiyacları arasında əlaqənin gücləndirilməsinin vacibliyini bildirib.

Daha sonra ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə ilk panel keçirilib.

Panel çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla “Mədəniyyətlərarası ünsiyyət təhsilin inkişaf faktorlarından biri kimi” mövzusunda çıxış edib. O, multikulturalizmin Azərbaycan xalqının tarixində, mədəniyyətində və ədəbiyyatında dərin köklərə malik olduğunu bildirib. Fərqli mədəniyyətlərə hörmət və onların qəbul edilməsi ənənəsinin xalqımızın mənəvi dəyərlərində öz əksini tapdığını vurğulayıb. Rektor Azərbaycanın multikulturalizm modelinin beynəlxalq səviyyədə tanındığını, müxtəlif xalqlar, gənclər və elm adamları arasında əlaqələrin inkişafına, mədəniyyətlərarası dialoqun güclənməsinə xidmət etdiyini qeyd edib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə “Milli mədəniyyətdən qlobal sinerjiyə: mədəniyyətlərarası dialoqun yeni paradiqmaları” mövzusunda çıxışında ənənəvi musiqi irsinin rəqəmsal arxivləşdirilməsi, elmi tədqiqi və beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini vurğulayıb. O, milli musiqi ənənələrinin özünəməxsus xüsusiyyətləri qorunmaqla beynəlxalq auditoriyaya çatdırılmasının vacibliyini qeyd edib.

Rektor muğamın beynəlxalq səviyyədə araşdırılmasında elmi əməkdaşlığın roluna toxunaraq birgə tədqiqat və yaradıcılıq layihələrinin inkişaf etdirilməsinin, beynəlxalq əməkdaşlığın ali musiqi təhsilinə inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin milli musiqi irsinin qorunması ilə onun müasir incəsənət istiqamətləri ilə əlaqələndirilməsinin bir-birini tamamlamalı olduğunu bildirib.

Fransanın Lion Katolik Universitetinin beynəlxalq hüquq professoru Roje Kude “Yaddaş, mədəniyyətlər və mədəniyyətlərarası əlaqələr” mövzusunda çıxışında mədəni müxtəlifliyə hörmətin beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında, fundamental insan hüquqlarının təşviqində və cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsində əhəmiyyətini vurğulayıb. O, mədəniyyətlərarası dialoqun sülhə, sabitliyə və beynəlxalq təhlükəsizliyə real töhfə verməsi üçün praktik mexanizmlərin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Professor, həmçinin hər bir mədəniyyətin bəşəriyyətin ümumi irsinə töhfə verdiyini bildirərək, dünya mədəniyyətləri arasında bərabərhüquqlu əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Sessiyanın ikinci hissəsində Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri, professor Fateh Mansourinin moderatorluğu ilə panel müzakirəsi keçirilib.

Panel müzakirəsində  Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov iştirak ediblər.

“Ümumi təhsilin dövlət standartlarının yenilənməsi və burada dialoq və rəqəmsal vətəndaşlıq səriştələri” mövzusunda təqdimatla çıxış edən Elnur Əliyev hazırlanmaqda olan yeni təhsil standartlarında müəllim və şagirdlərin rəqəmsal bacarıqlarının, süni intellekt və media savadlılığının inkişafına xüsusi diqqət yetirildiyini bildirib. O, şagirdlərdə rəqəmsal vətəndaşlıq, mədəniyyətlərarası dialoq, fərqli fikirlərə hörmətlə yanaşmaq, öz mövqeyini əsaslandırmaq və məlumatları tənqidi qiymətləndirmək kimi səriştələrin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Elnur Əliyev, həmçinin müəllimlərin rəqəmsal bacarıqlarına dair minimum tələblərin müəyyənləşdirilməsinin və mədəniyyətlərarası dialoq səriştələrinin qiymətləndirilməsi üçün müvafiq vasitələrin hazırlanmasının əhəmiyyətini qeyd edib. PISA 2029 beynəlxalq qiymətləndirməsinin şagirdlərin media və süni intellekt savadlılığının müəyyənləşdirilməsi, eləcə də təhsil standartlarının təkmilləşdirilməsi baxımından imkanlar yaradacağını diqqətə çatdırıb.

"Süni intellekt dövründə mədəni suverenlik: gələcək nəsli kimin dəyərləri formalaşdıracaq?” mövzusunda çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli süni intellektin gənclərin düşüncə tərzinə, dünyagörüşünə və milli-mədəni dəyərlərinə təsirinə diqqət çəkib. O, süni intellektin gündəlik həyatın bir hissəsinə çevrildiyini və gənclər üçün yeni informasiya mənbəyi kimi çıxış etdiyini bildirərək, təqdim olunan məlumat və tövsiyələrin onların dəyərlərinin formalaşmasına təsirinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Nicat Məmmədli müxtəlif süni intellekt modellərinin eyni suallara verdiyi cavabların mədəni yanaşmalar baxımından fərqlənə bildiyini qeyd edərək, bu istiqamətdə müqayisəli tədqiqatların aparılmasını və xüsusi qiymətləndirmə mexanizmlərinin yaradılmasını təklif edib. O, əsas məqsədin müəyyən bir mədəni yanaşmanı mütləq doğru hesab etmək deyil, gənclərin süni intellektdən istifadə zamanı müstəqil düşünmək, məlumatları tənqidi qiymətləndirmək və milli-mədəni dəyərlərini qorumaq bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib.

“İncəsənət təhsili rəqəmsal dövrdə: yaradıcılığın inkişafı və mədəniyyətlərin yaxınlaşdırılması” mövzusunda çıxış edən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov işğaldan azad edilmiş ərazilərdə mədəniyyət və təhsil həyatının yenidən qurulmasının, incəsənət təhsili müəssisələrinin bərpası və inkişafının əhəmiyyətini vurğulayıb. O, doğma yurdlarına qayıdan uşaqların sosial və mədəni həyata inteqrasiyasında yaradıcılıq imkanlarının yaradılmasının, musiqi təhsilinin onların özünəinamının və mənsubiyyət hissinin gücləndirilməsində rolunun vacibliyini qeyd edib.

Cəsarət Valehov, həmçinin rəqəmsal texnologiyaların bölgələr arasında təhsil əlaqələrinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını bildirib. Bu istiqamətdə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Çıxışlardan sonra sessiya öz işini yekunlaşdırıb.

Asyat Abdurahmanova

Xəbər Lenti

AMEA-da humanitar elmlərin missiyasına həsr olunan akademik forum keçirilib28.10.2026 - 19:56
Keniyada İRS Təqdimatı baş tutdu28.10.2026 - 19:40
BDU-da Maarifləndirici Tədbir baş tutdu28.10.2026 - 19:37
BDU-da Zəfər Tədbiri baş tutdu28.10.2026 - 19:35
ADNSU Tələbəsinə Gümüş Medal28.10.2026 - 19:30
ADNSU Nümayəndələri Daşkənddə28.10.2026 - 19:27
Məcnun Məmmədov ADNSU-da28.10.2026 - 19:26
Asılılıq Psixologiyası Müzakirə Olundu28.10.2026 - 19:23
Psixoloji Yardım Mərkəzindən Elan verildi28.10.2026 - 19:19
ADU-da Tağıyev Tədbiri baş tutdu28.10.2026 - 19:00
ADU-da Qəhrəmanlıq Tədbiri baş tutdu28.10.2026 - 18:50
Süni intellektin cavablarının milli-mədəni dəyərlərə uyğunluğu təklif olunub28.10.2026 - 18:18
Mühəndislik Akademiyasının elmi jurnalının yeni nömrəsi nəşr olunub28.10.2026 - 18:15
Bakıda Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb28.10.2026 - 18:11
AMEA-nın Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər abidəsini ziyarət ediblər28.10.2026 - 17:47
Vyanada “Bakı” və “Almaz” səssiz filmləri nümayiş olundu28.10.2026 - 17:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” konsertində iştirak ediblər28.10.2026 - 17:37
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 17:30
Şagirdlərin elektron yerdəyişməsi başlandı28.10.2026 - 17:25
UNEC Şanxay reytinqində dünya nəhənglərini geridə qoydu28.10.2026 - 17:22
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb28.10.2026 - 17:19
UNEC-də tələbələrə kibertəhlükəsizlik qaydaları izah olunub28.10.2026 - 17:17
ADPU-da “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib28.10.2026 - 17:14
SDU-da 1 800-dən çox kağız jurnal elektron formata keçirilib28.10.2026 - 17:10
Bakıda təhsilin gələcəyi və süni intellektin imkanları müzakirə olunub28.10.2026 - 17:02
Şagirdlərin elektron yerdəyişməsi noyabrın 4-də başlayacaq28.10.2026 - 16:58
Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb28.10.2026 - 16:49
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir28.10.2026 - 16:47
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb28.10.2026 - 16:46
Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb28.10.2026 - 16:44
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:44
Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib28.10.2026 - 16:42
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub28.10.2026 - 16:40
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 16:38
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb28.10.2026 - 16:36
Gənc rəssamların “Yay arzuları” Xətai Sənət Mərkəzində sərgilənib28.10.2026 - 16:34
Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib28.10.2026 - 16:33
Azərbaycanlı alimlər beynəlxalq konfransda çıxış ediblər28.10.2026 - 16:30
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:27
Qadınlar iqtisadiyyat və idarəetmə sahəsində kişiləri geridə qoydu 28.10.2026 - 16:26
PISA 2029-da bu bacarıqlar da qiymətləndiriləcək28.10.2026 - 16:24
Gənc alimlər məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər28.10.2026 - 16:23
Məktəbəqədər təhsildə kişi müəllimlərin sayı sıfıra yaxındır28.10.2026 - 16:21
Çində yaşlıların sayı uşaqları üstələdi28.10.2026 - 16:20
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı28.10.2026 - 16:18
Alimin elmi dəyəri onun harada işləməsi ilə ölçülməməlidir28.10.2026 - 16:16
225 nömrəli məktəbdə şagirdlərə psixoloji dəstək göstərilib28.10.2026 - 16:14