““Qazaxıstanın Almatı şəhərində Azərbaycanın da daxil olduğu 11 ölkədən 14 teatr kollektivinin iştirak etdiyi IV Beynəlxalq “Almaty Puppet Festival – 2026” kukla teatrları festivalı başa çatıb.””
“Tehsil365” Almatı şəhər administrasiyasına istinadla xəbər verir ki, festivalda kukla sənətinin 150-dən çox nümayəndəsi iştirak edib.
Festivalda Azərbaycanı Gəncə Dövlət Teatrı təmsil edib. Festival çərçivəsində tamaşalar nümayiş etdirilib, iştirakçılar təcrübələrini bölüşüblər.
Açılış mərasimində, həmçinin teatr sənətində müasir texnologiyaların tətbiqi imkanlarını nümayiş etdirən robot-kukla təqdim olunub.

