“Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Əbdülfəttah Qasim Məhəmməd ilə görüşüb.”
“Tehsil365” xəbər verir ki, Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Adil Kərimli Somalinin Forumda yüksək səviyyədə təmsil olunduğunu bildirib, dost ölkənin beynəlxalq platformalarda Azərbaycanın haqq işinə həmişə dəstək verdiyini məmnunluqla xatırladıb.
Görüşdə Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Nazir Əbdülfəttah Qasim Məhəmməd qlobal əhəmiyyətli tədbirə dəvətə görə təşəkkür edib, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırıb.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

