Təhsil 365 - Logo Mobile

Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir

9528.10.2026 - 16:47
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir

““Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən sərgi salonunda rəssam Fərid Rəsulovun sənətsevərlərlə görüşü keçirilib.”

Görüşdə rəssamın əsərlərinin xalça sənəti vasitəsilə yeni bədii ifadə forması qazanması, eləcə də “Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” kolleksiyası müzakirə olunub.

“Tehsil365” xəbər verir ki, “Azərxalça”dan AZƏRTAC-a bildirilib ki, söhbət zamanı rəsm ideyasının xalçaya çevrilməsi, rəssamla xalça ustasının yaradıcı əməkdaşlığı, əl ilə toxunan xalçaların bədii dəyəri və ənənəvi sənətkarlığın müasir incəsənətdə yeri ətrafında fikir mübadiləsi aparılıb. Kolleksiyanın məhdud sayda hazırlanması, xalçanın həm sənət əsəri, həm də interyer elementi kimi təqdimatı və Azərbaycan xalçaçılıq ənənələrinin müasir ifadə imkanları diqqət mərkəzində olub.

Qarabağ xalçaçılıq ənənələrini müasir vizual yanaşma ilə birləşdirən kolleksiya altı xalçadan ibarətdir. “Ağ at və quşların nağılı”, “Qarabağ atının əfsanəsi”, “Zəriflik naxışı”, “Qızılı lələklərin əks-sədası”, “İlmələrdəki pələng” və “Gecənin tacı nar” adlanan əsərlər yun və ipək qarışığından 3D texnikası ilə hazırlanıb.

Beynəlxalq Xalça Festivalı üçün xüsusi hazırlanan kolleksiya ilk dəfə həmin festivalda təqdim olunaraq maraqla qarşılanıb. Layihənin əsas məqsədi milli mədəni irsi yalnız qorumaq deyil, onu müasir incəsənət kontekstində yaşatmaq və yeni bədii ifadə imkanlarını üzə çıxarmaqdır.

Görüş iştirakçıları xalçalarla yaxından tanış olmaq, onların teksturasına toxunmaq və əsərlərin bədii xüsusiyyətlərini daha yaxından müşahidə etmək imkanı əldə ediblər.

Qeyd edək ki, Fərid Rəsulovun “Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində hazırladığı kolleksiyaya daxil olan xalçalar oktyabrın 30-dan noyabrın 1-dək İçərişəhərdə yerləşən “QGallery” sərgi salonunda “Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” festivalı çərçivəsində təşkil olunacaq “Yaddaşdan ötə” sərgisində nümayiş etdiriləcək.

Asyat Abdurahmanova

Xəbər Lenti

AMEA-da humanitar elmlərin missiyasına həsr olunan akademik forum keçirilib28.10.2026 - 19:56
Keniyada İRS Təqdimatı baş tutdu28.10.2026 - 19:40
BDU-da Maarifləndirici Tədbir baş tutdu28.10.2026 - 19:37
BDU-da Zəfər Tədbiri baş tutdu28.10.2026 - 19:35
ADNSU Tələbəsinə Gümüş Medal28.10.2026 - 19:30
ADNSU Nümayəndələri Daşkənddə28.10.2026 - 19:27
Məcnun Məmmədov ADNSU-da28.10.2026 - 19:26
Asılılıq Psixologiyası Müzakirə Olundu28.10.2026 - 19:23
Psixoloji Yardım Mərkəzindən Elan verildi28.10.2026 - 19:19
ADU-da Tağıyev Tədbiri baş tutdu28.10.2026 - 19:00
ADU-da Qəhrəmanlıq Tədbiri baş tutdu28.10.2026 - 18:50
Süni intellektin cavablarının milli-mədəni dəyərlərə uyğunluğu təklif olunub28.10.2026 - 18:18
Mühəndislik Akademiyasının elmi jurnalının yeni nömrəsi nəşr olunub28.10.2026 - 18:15
Bakıda Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb28.10.2026 - 18:11
AMEA-nın Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər abidəsini ziyarət ediblər28.10.2026 - 17:47
Vyanada “Bakı” və “Almaz” səssiz filmləri nümayiş olundu28.10.2026 - 17:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” konsertində iştirak ediblər28.10.2026 - 17:37
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 17:30
Şagirdlərin elektron yerdəyişməsi başlandı28.10.2026 - 17:25
UNEC Şanxay reytinqində dünya nəhənglərini geridə qoydu28.10.2026 - 17:22
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb28.10.2026 - 17:19
UNEC-də tələbələrə kibertəhlükəsizlik qaydaları izah olunub28.10.2026 - 17:17
ADPU-da “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib28.10.2026 - 17:14
SDU-da 1 800-dən çox kağız jurnal elektron formata keçirilib28.10.2026 - 17:10
Bakıda təhsilin gələcəyi və süni intellektin imkanları müzakirə olunub28.10.2026 - 17:02
Şagirdlərin elektron yerdəyişməsi noyabrın 4-də başlayacaq28.10.2026 - 16:58
Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb28.10.2026 - 16:49
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb28.10.2026 - 16:46
Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb28.10.2026 - 16:44
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:44
Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib28.10.2026 - 16:42
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub28.10.2026 - 16:40
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 16:38
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb28.10.2026 - 16:36
Gənc rəssamların “Yay arzuları” Xətai Sənət Mərkəzində sərgilənib28.10.2026 - 16:34
Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib28.10.2026 - 16:33
Azərbaycanlı alimlər beynəlxalq konfransda çıxış ediblər28.10.2026 - 16:30
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:27
Qadınlar iqtisadiyyat və idarəetmə sahəsində kişiləri geridə qoydu 28.10.2026 - 16:26
PISA 2029-da bu bacarıqlar da qiymətləndiriləcək28.10.2026 - 16:24
Gənc alimlər məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər28.10.2026 - 16:23
Məktəbəqədər təhsildə kişi müəllimlərin sayı sıfıra yaxındır28.10.2026 - 16:21
Çində yaşlıların sayı uşaqları üstələdi28.10.2026 - 16:20
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı28.10.2026 - 16:18
Alimin elmi dəyəri onun harada işləməsi ilə ölçülməməlidir28.10.2026 - 16:16
225 nömrəli məktəbdə şagirdlərə psixoloji dəstək göstərilib28.10.2026 - 16:14
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib28.10.2026 - 16:12