Təhsil 365 - Logo Mobile

Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

8628.10.2026 - 16:49
Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

“Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığının təbliği, milli-mənəvi irsin qorunması və müasir informasiya texnologiyaları vasitəsilə oxuculara çatdırılması istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə kitabxanada görkəmli dramaturq, ictimai xadim, Xalq yazıçısı, akademik Mirzə İbrahimovun anadan olmasının 115 illik yubileyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb.”

“Tehsil365” xəbər verir ki,kitabxanadan bildirilib ki, elektron bazada Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyə malik olan Mirzə İbrahimovun yazıçı, dramaturq, ədəbiyyatşünas, publisist və ictimai xadim kimi milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən bəhs olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada professor Şirindil Alişanlının “Akademik Mirzə İbrahimov”, professor Bədirxan Əhmədlinin “Mirzə İbrahimov: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım” Azərbaycan dili uğrunda mücadiləsi üzərinə”, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanovun “Kimində rəğbət, kimində heyrət, kimində həsəd, ancaq hamıda hörmət doğuran fenomen - Mirzə İbrahimov” adlı məqalələrinin tam mətni təqdim edilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən bazanın “Xronologiya” bölməsi Mirzə İbrahimovun həyat və fəaliyyətinin əsas mərhələlərini ardıcıllıqla izləməyə imkan verir. “Həyat və fəaliyyəti” və “Mirzə İbrahimov: ədəbi-estetik görüşləri” kimi bölmələrdə ədibin zəngin yaradıcılıq yolu, ədəbi və ictimai fəaliyyəti, layiq görüldüyü təltif və mükafatlar haqqında məlumatlar təqdim edilir.

Elektron bazada Mirzə İbrahimovun müəllifi olduğu və Azərbaycan, alman, Belarus, eston, Çin, fars, benqal, fransız, bolqar dillərində nəşr edilən kitablarının, dövri mətbuat məqalələrinin, redaktə etdiyi, “Ön söz” və rəy yazdığı nəşrlərin siyahısı yer alır.

Bazada “Xatirəsinin əbədiləşdirilməsi” “Filmoqrafiya”, “Tərcümələr”, “İzonəşrlər”, “Notlar”, “Virtual sərgi” və “Foto və videoqalereya” kimi bölmələr də mövcuddur.

Elektron məlumat bazası görkəmli yazıçının həyat və yaradıcılığı haqqında məlumatların sistemli şəkildə təqdim edilməsi, onun ədəbi irsinin geniş oxucu auditoriyasına çatdırılması məqsədilə hazırlanıb.

Asyat Abdurahmanova

Xəbər Lenti

AMEA-da humanitar elmlərin missiyasına həsr olunan akademik forum keçirilib28.10.2026 - 19:56
Keniyada İRS Təqdimatı baş tutdu28.10.2026 - 19:40
BDU-da Maarifləndirici Tədbir baş tutdu28.10.2026 - 19:37
BDU-da Zəfər Tədbiri baş tutdu28.10.2026 - 19:35
ADNSU Tələbəsinə Gümüş Medal28.10.2026 - 19:30
ADNSU Nümayəndələri Daşkənddə28.10.2026 - 19:27
Məcnun Məmmədov ADNSU-da28.10.2026 - 19:26
Asılılıq Psixologiyası Müzakirə Olundu28.10.2026 - 19:23
Psixoloji Yardım Mərkəzindən Elan verildi28.10.2026 - 19:19
ADU-da Tağıyev Tədbiri baş tutdu28.10.2026 - 19:00
ADU-da Qəhrəmanlıq Tədbiri baş tutdu28.10.2026 - 18:50
Süni intellektin cavablarının milli-mədəni dəyərlərə uyğunluğu təklif olunub28.10.2026 - 18:18
Mühəndislik Akademiyasının elmi jurnalının yeni nömrəsi nəşr olunub28.10.2026 - 18:15
Bakıda Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb28.10.2026 - 18:11
AMEA-nın Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər abidəsini ziyarət ediblər28.10.2026 - 17:47
Vyanada “Bakı” və “Almaz” səssiz filmləri nümayiş olundu28.10.2026 - 17:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” konsertində iştirak ediblər28.10.2026 - 17:37
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 17:30
Şagirdlərin elektron yerdəyişməsi başlandı28.10.2026 - 17:25
UNEC Şanxay reytinqində dünya nəhənglərini geridə qoydu28.10.2026 - 17:22
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb28.10.2026 - 17:19
UNEC-də tələbələrə kibertəhlükəsizlik qaydaları izah olunub28.10.2026 - 17:17
ADPU-da “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib28.10.2026 - 17:14
SDU-da 1 800-dən çox kağız jurnal elektron formata keçirilib28.10.2026 - 17:10
Bakıda təhsilin gələcəyi və süni intellektin imkanları müzakirə olunub28.10.2026 - 17:02
Şagirdlərin elektron yerdəyişməsi noyabrın 4-də başlayacaq28.10.2026 - 16:58
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir28.10.2026 - 16:47
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb28.10.2026 - 16:46
Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb28.10.2026 - 16:44
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:44
Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib28.10.2026 - 16:42
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub28.10.2026 - 16:40
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 16:38
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb28.10.2026 - 16:36
Gənc rəssamların “Yay arzuları” Xətai Sənət Mərkəzində sərgilənib28.10.2026 - 16:34
Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib28.10.2026 - 16:33
Azərbaycanlı alimlər beynəlxalq konfransda çıxış ediblər28.10.2026 - 16:30
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:27
Qadınlar iqtisadiyyat və idarəetmə sahəsində kişiləri geridə qoydu 28.10.2026 - 16:26
PISA 2029-da bu bacarıqlar da qiymətləndiriləcək28.10.2026 - 16:24
Gənc alimlər məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər28.10.2026 - 16:23
Məktəbəqədər təhsildə kişi müəllimlərin sayı sıfıra yaxındır28.10.2026 - 16:21
Çində yaşlıların sayı uşaqları üstələdi28.10.2026 - 16:20
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı28.10.2026 - 16:18
Alimin elmi dəyəri onun harada işləməsi ilə ölçülməməlidir28.10.2026 - 16:16
225 nömrəli məktəbdə şagirdlərə psixoloji dəstək göstərilib28.10.2026 - 16:14
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib28.10.2026 - 16:12