“Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar sənədinin bu ilin sonuna qədər tamamlanması planlaşdırılır”.
“Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyada məlumat verib.
Onun sözlərinə görə, yeni sənəddə vətəndaşlıq ayrıca səriştə kimi müəyyənləşdiriləcək. Həmçinin mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək.
E.Əliyev qeyd edib ki, yeni yanaşma fənlərarası xarakter daşıyacaq. Müxtəlif fənlərin tədrisi zamanı şagirdlərdə ortaq bacarıqların formalaşdırılması nəzərdə tutulur.
Yeni standartlarda bilik, bacarıq, münasibət və dəyərlərin məktəbin bütün pillələrində, ibtidai siniflərdən yuxarı siniflərədək tədris prosesinə inteqrasiyası planlaşdırılır.

