“Oktyabrın 28-də ADA Universitetində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirilib”.
“Tehsil365” xəbər verir ki, tədbirdə Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov müasir dövrdə təhsilin cəmiyyətin inkişafındakı roluna diqqət çəkib.
O bildirib ki, müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşmasında təhsil mühüm əhəmiyyət daşıyır.
Nazir müavini texnoloji inkişafın, rəqəmsallaşmanın və süni intellektin insanların həyatına və düşüncə tərzinə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu texnologiyalar xüsusilə gənclər üçün yeni imkanlar yaradır.
Sessiyada süni intellektin müxtəlif mədəniyyətlərin tanıdılması, mədəniyyətlərarası ünsiyyətin inkişafı və qarşılıqlı anlaşmanın gücləndirilməsindəki imkanlarına da toxunulub.

