“Sumqayıt Dövlət Universitetində tədris prosesinin rəqəmsallaşdırılması çərçivəsində 1 800-dən çox ənənəvi kağız jurnal elektron platforma ilə əvəzlənib”.
“Tehsil365” xəbər verir ki, universitetdə tədrisin keyfiyyəti və rəqəmsal həllərin tətbiqi məsələləri müzakirə olunub.
Bildirilib ki, elektron təhsil sisteminin tətbiqi məlumatların daha operativ emalına, rəqəmsal sənəd dövriyyəsinin optimallaşdırılmasına və idarəetmədə şəffaflığın artırılmasına imkan yaradıb.
Yeni sistem tədris prosesinin real vaxt rejimində izlənilməsini də asanlaşdırır. Akademik heyət nümayəndələri platformanın tədris fəaliyyətinin təşkilinə müsbət təsir göstərdiyini, inzibati iş yükünü azaltdığını və gündəlik proseslərin səmərəliliyini artırdığını qeyd ediblər.
İclasın sonunda tədris prosesinin təkmilləşdirilməsi və rəqəmsal infrastrukturun imkanlarından daha səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

