Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib.
“Tehsil365” xəbər verir ki, Konfransın giriş sözü ilə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Prorektor,universitetdə STEAM təhsilinin inkişafı istiqamətində görülən işlərə toxunaraq ADPU-da STEAM Mərkəzinin fəaliyyət göstərdiyini və 8 ixtisas üzrə təhsil alan tələbələrə STEAM fənninin tədris olunduğunu bildirib. Qeyd edilib ki, STEAM Mərkəzi tərəfindən təşkil edilən təlimlərdə 140-a yaxın müəllim və tələbə iştirak edib.
Plenar iclasda ADPU-nun dosenti Elnurə Səfərova məruzə ilə çıxış edib.
Fizika fakültəsinin dekanı, STEAM Mərkəzinin müdiri dosent Arzu Daşdəmirov çıxış edərək konfransa 70 iştirakçının məruzə təqdim etdiyini diqqətə çatdırıb. O, konfransın bölmələri və müzakirə olunacaq elmi istiqamətlər barədə məlumat verib. Qeyd olunub ki, konfrans “STEAM və erkən təhsil: marağın, yaradıcılığın və innovativ düşüncənin formalaşdırılması”, “STEAM və yaradıcılıq: incəsənət, əməkdaşlıq və davamlı inkişaf”, “Təbiət elmlərinin tədrisində STEAM yanaşması: inteqrasiya, tədqiqat və perspektivlər” və “Riyaziyyat və mühəndislik dizaynında STEAM: hesablama, modelləşmə və innovasiya” adlı dörd bölmə üzrə keçirilir.
Sonra konfrans işini bölmə iclasları ilə davam edib.

