Təhsil 365 - Logo Mobile

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub

4528.10.2026 - 17:30
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən hazırlanan “Sülh kitabı”nın (Book of Peace) Azərbaycana həsr edilmiş “Harmoniya çalarları: gənclərin gözü ilə Azərbaycanda sülh və multikulturalizm” adlı III nəşrinin oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təqdimatı olub.

“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik zəngin mədəniyyəti, uzun illərə söykənən birgəyaşayış ənənələri və mədəniyyətlərarası dialoqa sarsılmaz sadiqliyi ilə Azərbaycanın bütün dünya üçün ilhamverici nümunə olduğunu söyləyib. O deyib ki, bu nəşr həm Azərbaycanın dialoq mədəniyyətinə ehtiramının ifadəsidir, həm də fəaliyyətə çağırışdır. “Sülh kitabı” bugünkü parçalanmış dünya üçün olduqca mühüm mesaj daşıyır. Azərbaycanın multikulturalizm ənənəsi bu kitabın səhifələrində müəlliflərin müşahidələri və təəssüratları vasitəsilə canlanır.

Baş direktor qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanda və bütün dünyada sülh quruculuğuna əvəzsiz töhfələr verir. Fond humanitar təşəbbüsləri və mədəniyyətlərarası dialoqa verdiyi dəstək vasitəsilə icmalar arasında körpülər yaradır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında diqqətə çatdırıb ki, münaqişələrin, parçalanmanın və dözümsüzlüyün dünyanı bölməyə davam etdiyi bir dövrdə sülh və qarşılıqlı anlaşma həmişəkindən daha böyük əhəmiyyət daşıyır. ICESCO hər zaman müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların görüş məkanı olub. Heydər Əliyev Fondu isə artıq 20 ildən çoxdur ki, mədəniyyət, təhsil, ətraf mühitin qorunması və humanitar layihələr vasitəsilə düzgün dəyərlərin təşviqi istiqamətində fəaliyyət göstərir. Fond həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində illər ərzində çoxsaylı tarixi və mədəni abidələri bərpa edib, yüzlərlə məktəb və uşaq bağçası tikib, milli parkların və vəhşi təbiətin qorunmasına töhfə verib, eləcə də bir çox müxtəlif layihələr həyata keçirib.

Leyla Əliyeva qeyd edib ki, “Sülh kitabı” dərin məna daşıyan bir mesajı özündə ehtiva edir - sülh içində yaşamaq, hörmət görmək, başa düşülmək və qayğı ilə əhatə olunmaq.

BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos son illərin diplomatiya və beynəlxalq münasibətlər tarixində onun üçün yalnız iki müsbət xəbər olduğunu diqqətə çatdıraraq deyib: "Birincisi, Cənubi Afrikada aparteid rejiminin sona çatmasıdır. İkincisi isə Prezident İlham Əliyevin dünənki çıxışında qeyd etdiyi və təşəbbüskarı olduğu Ermənistan ilə Azərbaycan arasındakı sülh müqaviləsidir”.

O bildirib ki, XXI əsr müharibə və münaqişələrin sonuncu əsri olmalıdır, müharibələrə son qoymalıyıq.

Sonra “Sülh Kitabı” konsepsiyası haqqında videoçarxın təqdimatı olub.

Daha sonra ICESCO-nun Azərbaycandan, Qazaxıstandan, Mərakeşdən olan Sülh üzrə gənc səfirlərinin çıxışları dinlənilib.

Tədbirin sonunda 10 yaşlı xanəndə Rəsul Bağırovun ifasında musiqi proqramı təqdim edilib. Eləcə də ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikə rəssam Mir Azər Abdullayevin “Qarabağa xoş gəlmişsiniz” əsəri hədiyyə olunub.

Qeyd edək ki, təqdim olunan nəşr Azərbaycanın sülhün təşviqində, dinlərarası və mədəniyyətlərarası həmrəyliyin möhkəmləndirilməsində rolunu, eləcə də ölkəmizin multikulturalizm modelinin beynəlxalq əhəmiyyətini işıqlandırır.

Kitabda İslam dünyasının müxtəlif ölkələrindən olan 29 gənc liderin məqalələri də yer alıb. Həmin gənclərin hər biri Azərbaycanda olub və ölkəmizin sülh, multikulturalizm, birgəyaşayış modelinə dair təəssüratlarını şəxsi təcrübələri əsasında bölüşür.

Ayətil Quliyeva

Xəbər Lenti

AMEA-da humanitar elmlərin missiyasına həsr olunan akademik forum keçirilib28.10.2026 - 19:56
Keniyada İRS Təqdimatı baş tutdu28.10.2026 - 19:40
BDU-da Maarifləndirici Tədbir baş tutdu28.10.2026 - 19:37
BDU-da Zəfər Tədbiri baş tutdu28.10.2026 - 19:35
ADNSU Tələbəsinə Gümüş Medal28.10.2026 - 19:30
ADNSU Nümayəndələri Daşkənddə28.10.2026 - 19:27
Məcnun Məmmədov ADNSU-da28.10.2026 - 19:26
Asılılıq Psixologiyası Müzakirə Olundu28.10.2026 - 19:23
Psixoloji Yardım Mərkəzindən Elan verildi28.10.2026 - 19:19
ADU-da Tağıyev Tədbiri baş tutdu28.10.2026 - 19:00
ADU-da Qəhrəmanlıq Tədbiri baş tutdu28.10.2026 - 18:50
Süni intellektin cavablarının milli-mədəni dəyərlərə uyğunluğu təklif olunub28.10.2026 - 18:18
Mühəndislik Akademiyasının elmi jurnalının yeni nömrəsi nəşr olunub28.10.2026 - 18:15
Bakıda Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb28.10.2026 - 18:11
AMEA-nın Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər abidəsini ziyarət ediblər28.10.2026 - 17:47
Vyanada “Bakı” və “Almaz” səssiz filmləri nümayiş olundu28.10.2026 - 17:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” konsertində iştirak ediblər28.10.2026 - 17:37
Şagirdlərin elektron yerdəyişməsi başlandı28.10.2026 - 17:25
UNEC Şanxay reytinqində dünya nəhənglərini geridə qoydu28.10.2026 - 17:22
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb28.10.2026 - 17:19
UNEC-də tələbələrə kibertəhlükəsizlik qaydaları izah olunub28.10.2026 - 17:17
ADPU-da “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib28.10.2026 - 17:14
SDU-da 1 800-dən çox kağız jurnal elektron formata keçirilib28.10.2026 - 17:10
Bakıda təhsilin gələcəyi və süni intellektin imkanları müzakirə olunub28.10.2026 - 17:02
Şagirdlərin elektron yerdəyişməsi noyabrın 4-də başlayacaq28.10.2026 - 16:58
Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb28.10.2026 - 16:49
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir28.10.2026 - 16:47
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb28.10.2026 - 16:46
Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb28.10.2026 - 16:44
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:44
Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib28.10.2026 - 16:42
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub28.10.2026 - 16:40
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 16:38
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb28.10.2026 - 16:36
Gənc rəssamların “Yay arzuları” Xətai Sənət Mərkəzində sərgilənib28.10.2026 - 16:34
Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib28.10.2026 - 16:33
Azərbaycanlı alimlər beynəlxalq konfransda çıxış ediblər28.10.2026 - 16:30
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:27
Qadınlar iqtisadiyyat və idarəetmə sahəsində kişiləri geridə qoydu 28.10.2026 - 16:26
PISA 2029-da bu bacarıqlar da qiymətləndiriləcək28.10.2026 - 16:24
Gənc alimlər məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər28.10.2026 - 16:23
Məktəbəqədər təhsildə kişi müəllimlərin sayı sıfıra yaxındır28.10.2026 - 16:21
Çində yaşlıların sayı uşaqları üstələdi28.10.2026 - 16:20
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı28.10.2026 - 16:18
Alimin elmi dəyəri onun harada işləməsi ilə ölçülməməlidir28.10.2026 - 16:16
225 nömrəli məktəbdə şagirdlərə psixoloji dəstək göstərilib28.10.2026 - 16:14
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib28.10.2026 - 16:12