Təhsil 365 - Logo Mobile

Vyanada “Bakı” və “Almaz” səssiz filmləri nümayiş olundu

3528.10.2026 - 17:42
Vyanada “Bakı” və  “Almaz” səssiz filmləri nümayiş olundu

Oktyabrın 24-də Vyananın “Urania” kinoteatrında Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi və CEENEMA-nın təşkilatçılığı ilə Azərbaycan səssiz kinosuna həsr olunmuş film gecəsi keçirilib.

“Tehsil365” xəbər verir ki, Azərbaycan filmləri silsiləsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan kinematoqrafiyasının müxtəlif dövrlərini əks etdirən “Bakı” (1898) və “Almaz” (1936) filmləri nümayiş olunub. Filmlərin nümayişi Azərbaycan Dövlət Film Fondunun təşkilati dəstəyi ilə həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan CEENEMA-nın təsisçisi Magdalena Zelasko Azərbaycan kinematoqrafiyasının tarixi və mədəni əhəmiyyətindən bəhs edib. O, Azərbaycan filmlərinin Avstriya tamaşaçılarına təqdim olunmasının əhəmiyyətini vurğulayaraq, Azərbaycan Mədəniyyət Mərkəzi ilə səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib.

Film nümayişləri canlı musiqi ilə müşayiət olunub.

Azərbaycanlı tarzən İbrahim Babayev və polşalı pianoçu Maçey Vışkeviç ifaları ilə səssiz kino nümunələrinə xüsusi ab-hava qatıblar.

Gecədə ilk olaraq kino tarixinin öncüllərindən Aleksandr Mişonun 1898-ci ildə lentə aldığı beş dəqiqəlik “Bakı” filmi nümayiş etdirilib. Azərbaycan kinematoqrafiyasının ilk nümunələrindən hesab olunan ekran əsərində XIXəsrin sonlarında Bakı limanı və neft mədənləri əks olunub.

Ardınca rejissorlar Ağarza Quliyev və Qriqori

Braginskinin 1936-cı ildə Cəfər Cabbarlının eyniadlı əsəri əsasında çəkdikləri “Almaz” filmi təqdim edilib.

Azərbaycan kinematoqrafiyasının son səssiz filmi hesab olunan ekran əsəri ucqar dağ kəndinə müəllim kimi

gələn gənc qadının qarşılaşdığı sosial ziddiyyətlərdən, köhnə adət-ənənələrə və mövcud ictimai münasibətlərə qarşı mübarizəsindən bəhs edir.

Film nümayişlərinin sonunda İbrahim Babayevin tarda ekspromt ifası və Maçey Vışkeviç pianoda müşayiəti tamaşaçılara xüsusi musiqi anları yaşadıb.

Tədbir Azərbaycan kino irsinin Avstriyada tanıdılması, eləcə də iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olub.

Ayətil Quliyeva

Xəbər Lenti

AMEA-da humanitar elmlərin missiyasına həsr olunan akademik forum keçirilib28.10.2026 - 19:56
Keniyada İRS Təqdimatı baş tutdu28.10.2026 - 19:40
BDU-da Maarifləndirici Tədbir baş tutdu28.10.2026 - 19:37
BDU-da Zəfər Tədbiri baş tutdu28.10.2026 - 19:35
ADNSU Tələbəsinə Gümüş Medal28.10.2026 - 19:30
ADNSU Nümayəndələri Daşkənddə28.10.2026 - 19:27
Məcnun Məmmədov ADNSU-da28.10.2026 - 19:26
Asılılıq Psixologiyası Müzakirə Olundu28.10.2026 - 19:23
Psixoloji Yardım Mərkəzindən Elan verildi28.10.2026 - 19:19
ADU-da Tağıyev Tədbiri baş tutdu28.10.2026 - 19:00
ADU-da Qəhrəmanlıq Tədbiri baş tutdu28.10.2026 - 18:50
Süni intellektin cavablarının milli-mədəni dəyərlərə uyğunluğu təklif olunub28.10.2026 - 18:18
Mühəndislik Akademiyasının elmi jurnalının yeni nömrəsi nəşr olunub28.10.2026 - 18:15
Bakıda Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb28.10.2026 - 18:11
AMEA-nın Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər abidəsini ziyarət ediblər28.10.2026 - 17:47
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” konsertində iştirak ediblər28.10.2026 - 17:37
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 17:30
Şagirdlərin elektron yerdəyişməsi başlandı28.10.2026 - 17:25
UNEC Şanxay reytinqində dünya nəhənglərini geridə qoydu28.10.2026 - 17:22
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb28.10.2026 - 17:19
UNEC-də tələbələrə kibertəhlükəsizlik qaydaları izah olunub28.10.2026 - 17:17
ADPU-da “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib28.10.2026 - 17:14
SDU-da 1 800-dən çox kağız jurnal elektron formata keçirilib28.10.2026 - 17:10
Bakıda təhsilin gələcəyi və süni intellektin imkanları müzakirə olunub28.10.2026 - 17:02
Şagirdlərin elektron yerdəyişməsi noyabrın 4-də başlayacaq28.10.2026 - 16:58
Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb28.10.2026 - 16:49
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir28.10.2026 - 16:47
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb28.10.2026 - 16:46
Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb28.10.2026 - 16:44
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:44
Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib28.10.2026 - 16:42
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub28.10.2026 - 16:40
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 16:38
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb28.10.2026 - 16:36
Gənc rəssamların “Yay arzuları” Xətai Sənət Mərkəzində sərgilənib28.10.2026 - 16:34
Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib28.10.2026 - 16:33
Azərbaycanlı alimlər beynəlxalq konfransda çıxış ediblər28.10.2026 - 16:30
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:27
Qadınlar iqtisadiyyat və idarəetmə sahəsində kişiləri geridə qoydu 28.10.2026 - 16:26
PISA 2029-da bu bacarıqlar da qiymətləndiriləcək28.10.2026 - 16:24
Gənc alimlər məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər28.10.2026 - 16:23
Məktəbəqədər təhsildə kişi müəllimlərin sayı sıfıra yaxındır28.10.2026 - 16:21
Çində yaşlıların sayı uşaqları üstələdi28.10.2026 - 16:20
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı28.10.2026 - 16:18
Alimin elmi dəyəri onun harada işləməsi ilə ölçülməməlidir28.10.2026 - 16:16
225 nömrəli məktəbdə şagirdlərə psixoloji dəstək göstərilib28.10.2026 - 16:14
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib28.10.2026 - 16:12