Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər parkını və burada ucaldılan Zəfər abidəsini ziyarət ediblər.
“Tehsil365” “science.gov.az”a xəbər verir ki, Ziyarətdə AMEA-nın Qadınlar Şurasının vəAzad Həmkarlar İttifaqınınsədrləri, idarə heyətinin üzvləri, elmi müəssisə və təşkilatların qadınlar şuralarının və Azad Həmkarlar ittifaqlarının sədrləri iştirak ediblər.
Tədbir iştirakçıları Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmət, minnətdarlıq və ehtiramla yad ediblər.
Elmi ictimaiyyətin nümayəndələri vurğulayıblar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfər və sonrakı dövrdə əldə edilən tam suverenlik xalqımızın qürur mənbəyidir. Şəhidlərimizin qəhrəmanlığı və xatirəsi hər zaman uca tutulacaq, onların gələcək nəsillərə ötürülməsi elmi ictimaiyyətin də mənəvi borcudur.

