“Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz təhsil, sahibkarlıq və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsini hədəfləyir”.
“Tehsil365” xəbər verir ki, açılış mərasimində Elm və Təhsil nazirinin müavini Həsən Həsənli müasir əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb.
O bildirib ki, texnologiyaların və süni intellektin sürətli inkişafı təhsil sisteminin qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan, qısamüddətli təlimlərin və dərəcə proqramlarının genişləndirilməsi, eləcə də tələbə sahibkarların dəstəklənməsi nəzərdə tutulur.
Mərkəzin fəaliyyətinin liderlik bacarıqlarının inkişafına, startapların dəstəklənməsinə və beynəlxalq təcrübənin tətbiqinə töhfə verməsi gözlənilir.

