“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının 18-ci cildinin ikinci nömrəsi çapdan çıxıb.
“Tehsil365” xəbər verir ki, nəşr mühəndislik və texniki elmlər sahəsində elmi məlumatların yayılması, tədqiqat nəticələrinin elmi ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət daşıyır.
Elmi jurnallar tədqiqatçıların yeni araşdırmalarını təqdim etməsi, mütəxəssislər arasında elmi fikir mübadiləsinin aparılması və mühəndislik sahəsində biliklərin inkişafı üçün mühüm platforma hesab olunur.

