Təhsil 365 - Logo Mobile

ADU-da Tağıyev Tədbiri baş tutdu

2528.10.2026 - 19:00
 ADU-da Tağıyev Tədbiri baş tutdu

Oktyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “Hacı Zeynalabdin Tağıyev və memarlıq irsi” mövzusunda tədbir keçirilib. Tədbirdə kafedra müdirləri və tələbələr iştirak ediblər.

“Tehsil365” xəbər verir ki, Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva tədbiri açıq elan edərək Bakının məskunlaşması, şəhərin tarixi, keçmiş dövrlərdə Bakıda mövcud vəziyyət, neft partlayışının baş verməsi və Bakı milyonçularının fəaliyyəti haqqında ətraflı məlumat verib. Sevdagül Əliyeva Hacı Zeynalabdin Tağıyevin oxuma-yazma bilməməsinə baxmayaraq, təhsilə verdiyi önəmi və bu istiqamətdə atdığı addımların əhəmiyyətini vurğulayıb.

Daha sonra Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Əminə İmanzadə Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi binalar haqqında məlumat verib. O, Bakı Qızlar Məktəbi, toxuculuq sənayesi, Tağıyevin teatr binası və digər tikililərin memarlıq quruluşu, tikilmə prosesi və dövrün vəziyyəti barədə məlumatları diqqətə çatdırıb. Əminə İmanzadə Tağıyevin fəaliyyətinin konkret bir sahə ilə məhdudlaşmadığını, cəmiyyətin bütün təbəqələrinin ehtiyaclarının ödənilməsinə yönəldiyini bildirib.

Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi, eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Turan Qasımova isə Hacı Zeynalabdin Tağıyevin ev muzeyi haqqında məlumat verib. O, muzeyin otaqları, dekorasiyası və onların mənaları barədə geniş təqdimatla çıxış edib. Turan Qasımova Tağıyevin evinin Şərq zalı, Avropa zalı, iş zalı və digər hissələrinin memarlıq üslublarını izah edərək bu tikilinin yalnız möhtəşəm memarlıq əsəri deyil, həm də dövlətçilik tariximizin formalaşmasında mühüm məkan olduğunu bildirib.

Fidan Abışova

Xəbər Lenti

AMEA-da humanitar elmlərin missiyasına həsr olunan akademik forum keçirilib28.10.2026 - 19:56
Keniyada İRS Təqdimatı baş tutdu28.10.2026 - 19:40
BDU-da Maarifləndirici Tədbir baş tutdu28.10.2026 - 19:37
BDU-da Zəfər Tədbiri baş tutdu28.10.2026 - 19:35
ADNSU Tələbəsinə Gümüş Medal28.10.2026 - 19:30
ADNSU Nümayəndələri Daşkənddə28.10.2026 - 19:27
Məcnun Məmmədov ADNSU-da28.10.2026 - 19:26
Asılılıq Psixologiyası Müzakirə Olundu28.10.2026 - 19:23
Psixoloji Yardım Mərkəzindən Elan verildi28.10.2026 - 19:19
ADU-da Qəhrəmanlıq Tədbiri baş tutdu28.10.2026 - 18:50
Süni intellektin cavablarının milli-mədəni dəyərlərə uyğunluğu təklif olunub28.10.2026 - 18:18
Mühəndislik Akademiyasının elmi jurnalının yeni nömrəsi nəşr olunub28.10.2026 - 18:15
Bakıda Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb28.10.2026 - 18:11
AMEA-nın Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər abidəsini ziyarət ediblər28.10.2026 - 17:47
Vyanada “Bakı” və “Almaz” səssiz filmləri nümayiş olundu28.10.2026 - 17:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” konsertində iştirak ediblər28.10.2026 - 17:37
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 17:30
Şagirdlərin elektron yerdəyişməsi başlandı28.10.2026 - 17:25
UNEC Şanxay reytinqində dünya nəhənglərini geridə qoydu28.10.2026 - 17:22
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb28.10.2026 - 17:19
UNEC-də tələbələrə kibertəhlükəsizlik qaydaları izah olunub28.10.2026 - 17:17
ADPU-da “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib28.10.2026 - 17:14
SDU-da 1 800-dən çox kağız jurnal elektron formata keçirilib28.10.2026 - 17:10
Bakıda təhsilin gələcəyi və süni intellektin imkanları müzakirə olunub28.10.2026 - 17:02
Şagirdlərin elektron yerdəyişməsi noyabrın 4-də başlayacaq28.10.2026 - 16:58
Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb28.10.2026 - 16:49
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir28.10.2026 - 16:47
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb28.10.2026 - 16:46
Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb28.10.2026 - 16:44
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:44
Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib28.10.2026 - 16:42
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub28.10.2026 - 16:40
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 16:38
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb28.10.2026 - 16:36
Gənc rəssamların “Yay arzuları” Xətai Sənət Mərkəzində sərgilənib28.10.2026 - 16:34
Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib28.10.2026 - 16:33
Azərbaycanlı alimlər beynəlxalq konfransda çıxış ediblər28.10.2026 - 16:30
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:27
Qadınlar iqtisadiyyat və idarəetmə sahəsində kişiləri geridə qoydu 28.10.2026 - 16:26
PISA 2029-da bu bacarıqlar da qiymətləndiriləcək28.10.2026 - 16:24
Gənc alimlər məktəblilərə kimyəvi təcrübələr nümayiş etdiriblər28.10.2026 - 16:23
Məktəbəqədər təhsildə kişi müəllimlərin sayı sıfıra yaxındır28.10.2026 - 16:21
Çində yaşlıların sayı uşaqları üstələdi28.10.2026 - 16:20
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı28.10.2026 - 16:18
Alimin elmi dəyəri onun harada işləməsi ilə ölçülməməlidir28.10.2026 - 16:16
225 nömrəli məktəbdə şagirdlərə psixoloji dəstək göstərilib28.10.2026 - 16:14
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib28.10.2026 - 16:12