Çində təqaüdlə təhsil almaq istəyənlər üçün müraciət imkanı yaradılıb.
“Tehsil365” xəbər verir ki, Çin Xalq Respublikasının Təhsil Nazirliyi və Heilongjiang əyalətinin birgə təsis etdiyi təqaüd proqramı çərçivəsində Harbin Mühəndislik Universitetində təhsil almaq üçün sənəd qəbulu elan olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, proqram Avrasiya ölkələrindən olan əcnəbi tələbələri əhatə edir.
Namizədlər müraciətlərini 20 mart 2027-ci il tarixinədək həm Çin Təqaüd Şurasının onlayn sistemi, həm də Harbin Mühəndislik Universitetinin beynəlxalq tələbələr üçün elektron müraciət platforması vasitəsilə təqdim etməlidirlər.
Təqaüd proqramının şərtləri, müraciət qaydaları və tələb olunan sənədlərlə bağlı ətraflı məlumat müvafiq elan vasitəsilə əldə edilə bilər.

