Təhsil 365 - Logo Mobile

Rasif Bağırov: “Uşaqlarda yorğunluq hər zaman tənbəllik deyil”

4529.10.2026 - 11:47
Rasif Bağırov: “Uşaqlarda yorğunluq hər zaman tənbəllik deyil”

“Yeniyetməlik dövründə uşaqların orqanizmində sürətli fiziki və hormonal dəyişikliklər baş verir. Bu mərhələdə kalsium və vitamin çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə, sümük inkişafının zəifləməsinə, halsızlığa səbəb ola bilər. Məktəblilərdə müşahidə olunan yorğunluq tənbəllik kimi qiymətləndirilməməlidir”.

Bu sözləri “Tehsil365”ə müsahibəsində həkim terapevt Rasif Bağırov söyləmişdir.

— Məktəblilər arasında ən çox rast gəlinən, valideynlərin diqqətindən yayınan sağlamlıq problemləri və ilkin əlamətləri nələrdir?

“Azərbaycanda uşaqların 1 yaşından 17-18 yaşına qədər olan dövründə profilaktik nəzarət və maarifləndirmə sahəsində müəyyən boşluqlar mövcuddur. Valideynlərin diqqətindən yayınan əsas məqamlardan biri uşaqların inkişaf prosesində vitamin kompleksləri və xüsusilə kalsium çatışmazlığıdır.

Kalsium çatışmazlığı fonunda uşaqların ağır məktəb çantaları daşıması sümüklərdə əyilmələrə və müxtəlif deformasiyalara səbəb olur. Orqanizmin müqaviməti aşağı düşdüyü üçün uşaqlar qripə və digər infeksion xəstəliklərə daha tez yoluxurlar. Xüsusilə 14 yaşından sonra oğlan uşaqlarında somatotrop hormonun ifrazı güclənir və boy sürətlə artır. Lakin kalsium və digər qida maddələrinin çatışmazlığı səbəbindən sümük və əzələlərin inkişafı geri qalır, nəticədə uşaqlar həddindən artıq arıq və zəif görünüşə (“nazik vəziyyətə”) gəlib çıxırlar. Orqanizmin tam gücü ilə fəaliyyət göstərə bilməməsi isə uşağın həm fiziki, həm də zehni inkişafına mənfi təsir göstərir”.

— Məktəblidəki yorğunluğun tənbəllikdən yox, kalsium və vitamin çatışmazlığından qaynaqlandığını hansı əlamətlər göstərir?

“Yeniyetməlik dövründə, xüsusilə 13-17 yaşlar arasında uşaqların orqanizminin kalsiuma tələbatı həyat boyu görünməmiş dərəcədə yüksək olur. Gündəlik qidalanma, xüsusilə də qida rasionu zəif olduqda, bu böyük tələbatı ödəyə bilmir. Nəticədə uşaqlarda daimi halsızlıq və yorğunluq müşahidə olunur. Bu hal çox vaxt tənbəllik kimi qiymətləndirilsə də, əslində orqanizmin enerji və mineral ehtiyatlarının tükənməsindən qaynaqlanır. Boy artımının sürətləndiyi dövrdə əzələ zəifliyi, sümük ağrıları və ümumi dözümsüzlük də meydana çıxır.

Tibb elmi sübut edir ki, hətta uşaqlara kalsiumla zəngin qidalar verilsə belə, bu dövrdə orqanizmin tələbatı o qədər yüksək olur ki, əlavə kalsium preparatlarının qəbulu zəruri hesab edilir. Bu ehtiyac ödənilmədikdə uşaqda daimi yorğunluq və taqətsizlik müşahidə olunur”.

— Yeniyetməlik dövründə başgicəllənmə, təzyiqin dəyişməsi və halsızlıq nə dərəcədə normaldır? Valideynlər nə zaman həkimə müraciət etməlidirlər?

“Yeniyetməlik dövrü orqanizmdə sürətli hormonal və fiziki dəyişikliklərlə müşayiət olunur. Lakin başgicəllənmə, təzyiqin dəyişməsi və halsızlıq adi hal kimi qəbul edilməməlidir. Əgər uşaq inkişaf mərhələsində davamlı fiziki zəiflik yaşayırsa, keçid dövrünü normal keçirə bilmirsə, kəskin halsızlıq və müxtəlif funksional pozulmalar müşahidə olunursa, valideynlər mütləq həkimə müraciət etməlidirlər.

Həkim qeyd edir ki, bu cür problemlərin qarşısını yalnız xəstəlik yarandıqdan sonra aparılan müalicə ilə almaq mümkün deyil. Bunun üçün genişmiqyaslı profilaktik sağlamlıq tədbirləri həyata keçirilməli, kütləvi informasiya vasitələri və elektron platformalar vasitəsilə valideynlər uşaqların keçid dövründə düzgün qidalanması, vitamin və kalsium tələbatının ödənilməsi barədə mütəmadi şəkildə maarifləndirilməlidirlər”.

Ayətil Quliyeva

Xəbər Lenti

Elçin Əfəndi: “Məktəblərdə şagirdlərin təhlükəsizliyinə daimi nəzarət olunmalıdır”29.10.2026 - 13:22
Türk generalın Bakıda səhvi29.10.2026 - 11:44
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan etdi29.10.2026 - 11:41
İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib -29.10.2026 - 11:39
Əliyev Ərdoğanı təbrik etdi29.10.2026 - 11:35
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək?29.10.2026 - 11:32
Şagirdlərlə müsahibə yolverilməzdir - insidentlə bağlı AÇIQLAMA29.10.2026 - 11:30
ADU-da institusional akkreditasiya üzrə Fəaliyyət Planı müzakirə olunub29.10.2026 - 11:05
ADNSU-da bərpaolunan enerji üzrə laboratoriyanın fəaliyyəti təqdim olunub29.10.2026 - 10:59
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib29.10.2026 - 10:54
Çində təqaüdlə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunub29.10.2026 - 10:40
“Şəhidin səsi” proqramı fəaliyyətini başa çatdırır 29.10.2026 - 09:11
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Saleh Əliyevin xatirəsinə həsr olunacaq29.10.2026 - 08:14
AMEA-da humanitar elmlərin missiyasına həsr olunan akademik forum keçirilib28.10.2026 - 19:56
Keniyada İRS Təqdimatı baş tutdu28.10.2026 - 19:40
BDU-da Maarifləndirici Tədbir baş tutdu28.10.2026 - 19:37
BDU-da Zəfər Tədbiri baş tutdu28.10.2026 - 19:35
ADNSU Tələbəsinə Gümüş Medal28.10.2026 - 19:30
ADNSU Nümayəndələri Daşkənddə28.10.2026 - 19:27
Məcnun Məmmədov ADNSU-da28.10.2026 - 19:26
Asılılıq Psixologiyası Müzakirə Olundu28.10.2026 - 19:23
Psixoloji Yardım Mərkəzindən Elan verildi28.10.2026 - 19:19
ADU-da Tağıyev Tədbiri baş tutdu28.10.2026 - 19:00
ADU-da Qəhrəmanlıq Tədbiri baş tutdu28.10.2026 - 18:50
Süni intellektin cavablarının milli-mədəni dəyərlərə uyğunluğu təklif olunub28.10.2026 - 18:18
Mühəndislik Akademiyasının elmi jurnalının yeni nömrəsi nəşr olunub28.10.2026 - 18:15
Bakıda Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb28.10.2026 - 18:11
AMEA-nın Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər abidəsini ziyarət ediblər28.10.2026 - 17:47
Vyanada “Bakı” və “Almaz” səssiz filmləri nümayiş olundu28.10.2026 - 17:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” konsertində iştirak ediblər28.10.2026 - 17:37
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 17:30
Şagirdlərin elektron yerdəyişməsi başlandı28.10.2026 - 17:25
UNEC Şanxay reytinqində dünya nəhənglərini geridə qoydu28.10.2026 - 17:22
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb28.10.2026 - 17:19
UNEC-də tələbələrə kibertəhlükəsizlik qaydaları izah olunub28.10.2026 - 17:17
ADPU-da “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib28.10.2026 - 17:14
SDU-da 1 800-dən çox kağız jurnal elektron formata keçirilib28.10.2026 - 17:10
Bakıda təhsilin gələcəyi və süni intellektin imkanları müzakirə olunub28.10.2026 - 17:02
Şagirdlərin elektron yerdəyişməsi noyabrın 4-də başlayacaq28.10.2026 - 16:58
Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb28.10.2026 - 16:49
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir28.10.2026 - 16:47
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb28.10.2026 - 16:46
Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb28.10.2026 - 16:44
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:44
Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib28.10.2026 - 16:42
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub28.10.2026 - 16:40
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 16:38