Təhsil 365 - Logo Mobile

Ekspert:” İctimai nəqliyyatda sıxlığın azaldılması üçün kompleks tədbirlər görülməlidir”

10529.10.2026 - 14:14
Ekspert:” İctimai nəqliyyatda sıxlığın azaldılması üçün kompleks tədbirlər görülməlidir”

“İctimai nəqliyyatda sərnişin sıxlığının azaldılması yalnız avtobusların sayının artırılması ilə mümkün deyil. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, marşrutların düzgün planlaşdırılması və sərnişin axınının səmərəli idarə olunması da problemin həllində mühüm rol oynayır”.

Bu sözləri nəqliyyat eksperti Adil Nəbiyev “Tehsil365”ə açıqlamasında qeyd edib.

“İctimai nəqliyyatda sərnişin sıxlığının artması bu gün paytaxtın nəqliyyat sistemində müşahidə olunan ən ciddi problemlərdən biridir və bu məsələyə yalnız avtobusların sayının artırılması prizmasından yanaşmaq düzgün olmazdı. Burada söhbət bütövlükdə şəhərin nəqliyyat infrastrukturunun, sərnişindaşıma sisteminin, marşrutların planlaşdırılmasının, hərəkət intervallarının və ictimai nəqliyyatın idarəetmə mexanizmlərinin təkmilləşdirilməsindən gedir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, xüsusilə səhər və axşam pik saatlarında avtobuslarda və metro vaqonlarında yaranan sıxlıq sərnişinlərin gündəlik həyatına mənfi təsir göstərir.

“İnsanlar bəzən dayanacaqlarda uzun müddət gözləməli olur, gələn avtobusların dolu olması səbəbindən nəqliyyat vasitəsinə minə bilmir, nəticədə işə, təhsil müəssisələrinə və digər təyinat nöqtələrinə gecikirlər. Bu vəziyyət insanların gündəlik həyat keyfiyyətinə, əmək məhsuldarlığına və psixoloji vəziyyətinə də mənfi təsir göstərir”, – deyə Adil Nəbiyev qeyd edib.

Ekspert problemin həlli üçün ilk növbədə sərnişin axınının təhlil edilməsini vacib hesab edir. Onun fikrincə, hansı istiqamətlərdə və günün hansı saatlarında daha çox sərnişin sıxlığının yarandığı dəqiq müəyyənləşdirilməli, nəqliyyat vasitələri mövcud tələbat əsasında bölüşdürülməlidir.

“Çünki sərnişin axını barədə dəqiq məlumat olmadan avtobusların sayını mexaniki şəkildə artırmaq hər zaman gözlənilən nəticəni verməyəcək. Bəzi marşrutlarda günün müəyyən saatlarında avtobuslar yarıboş hərəkət etdiyi halda, digər istiqamətlərdə sərnişinlər nəqliyyat vasitəsinə minmək üçün ciddi çətinliklərlə üzləşirlər. Bu isə mövcud nəqliyyat resurslarının daha səmərəli bölüşdürülməsinə ehtiyac olduğunu göstərir”, – deyə ekspert vurğulayıb.

Adil Nəbiyev hesab edir ki, pik saatlarda avtobusların hərəkət intervallarının azaldılması və əlavə nəqliyyat vasitələrinin istifadəyə verilməsi əsas tədbirlərdən olmalıdır. Bununla yanaşı, avtobusların tıxaclarda vaxt itirməsinin qarşısı alınmalıdır.

“Avtobusların sayını artırmaqla yanaşı, onların hərəkətinin fasiləsizliyini də təmin etmək lazımdır. Çünki tıxacda qalan 20 avtobus sərnişinlərə vaxtında xidmət göstərə bilmirsə, həmin marşruta əlavə 10 avtobusun buraxılması problemi kökündən həll etməyəcək”, – deyə o bildirib.

Ekspert xüsusi avtobus zolaqlarının genişləndirilməsini, mövcud zolaqlara qanunsuz daxilolmaların qarşısının alınmasını və svetoforların iş rejiminin ictimai nəqliyyatın hərəkəti nəzərə alınmaqla optimallaşdırılmasını da vacib sayır.

“Avtobus zolağı yalnız yolun müəyyən hissəsində deyil, mümkün qədər marşrutun əsas yüklənmiş hissələri boyunca davamlı olmalıdır. Əks halda avtobus bir neçə yüz metr sərbəst hərəkət etdikdən sonra yenidən ümumi nəqliyyat axınında tıxaca düşür və xüsusi zolağın effektivliyi azalır”, – deyə nəqliyyat eksperti bildirib.

Onun fikrincə, sərnişin axınının çox olduğu istiqamətlərdə daha tutumlu avtobuslardan istifadə edilməsi və ekspress marşrutların təşkili də sıxlığın azalmasına kömək edə bilər. Xüsusilə şəhərin kənar yaşayış massivlərindən əsas metro stansiyalarına qədər daha az dayanacaqla hərəkət edən avtobusların təşkili sərnişinlərin mənzil başına çatma müddətini azalda bilər.

Metro sistemində də təkmilləşdirmələrin aparılmasının vacibliyini vurğulayan ekspert qatarların hərəkət intervallarının optimallaşdırılmasını, vaqon parkının yenilənməsini və stansiyalarda sərnişin axınının daha səmərəli idarə olunmasını təklif edib.

Adil Nəbiyev iş və dərs saatlarının mərhələli şəkildə tənzimlənməsinin də pik saatlarda yaranan sıxlığın azalmasına kömək edə biləcəyini düşünür. Onun sözlərinə görə, bu cür qərarlar real sərnişin axınına, iş yerlərinin yerləşməsinə və təhsil müəssisələrinin dərs cədvəllərinə əsaslanmalıdır.

Ekspert, həmçinin avtobus və metro marşrutları arasında əlaqənin gücləndirilməsini, dayanacaqlarda elektron məlumat lövhələrinin quraşdırılmasını və sərnişinlərə nəqliyyat vasitələrinin hərəkəti barədə real vaxt rejimində məlumat verilməsini vacib hesab edir.

“İctimai nəqliyyatın inkişafında əsas prinsip insan amili olmalıdır. Yəni bütün qərarların mərkəzində sərnişinin rahatlığı, təhlükəsizliyi və vaxtına qənaət dayanmalıdır”, – deyə Adil Nəbiyev vurğulayıb.

Onun fikrincə, ictimai nəqliyyatda sıxlığın azaldılması üçün qısamüddətli və uzunmüddətli tədbirlər birlikdə həyata keçirilməli, görülən işlərin nəticələri mütəmadi qiymətləndirilməlidir. Əsas məqsəd sərnişinləri sadəcə nəqliyyat vasitələrinə yerləşdirmək deyil, onların təhlükəsiz, rahat və vaxtında mənzil başına çatmasını təmin edən sistem qurmaqdır.

Asyat Abdurahmanova

Xəbər Lenti

Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində29.10.2026 - 14:54
Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq29.10.2026 - 14:53
Mark Drobinski L.və M.Rostropoviçlərin ev-muzeyini ziyarət edib29.10.2026 - 14:51
Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”29.10.2026 - 14:47
Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans29.10.2026 - 14:45
Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır29.10.2026 - 14:43
Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib29.10.2026 - 14:41
Kənd təsərrüfatı naziri ADNSU Biznes Məktəbində olub29.10.2026 - 14:37
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək29.10.2026 - 14:36
Nazirlik Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib29.10.2026 - 14:33
Bu marşrutlardan istifadə edənlərə şad xəbər29.10.2026 - 14:32
Professor vəfat edib29.10.2026 - 14:31
Sabah Bakıda hava yağmursuz olacaq29.10.2026 - 14:29
Mətbuat Şurası Bakıda məktəbdəki insidentlə bağlı açıqlama yayıb29.10.2026 - 14:27
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib29.10.2026 - 14:26
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 14:24
“TikTok”, “Instagram” və “Snapchat”a yaş məhdudiyyəti gəlir29.10.2026 - 14:23
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub29.10.2026 - 14:22
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi açılıb29.10.2026 - 14:20
Edinburq Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib29.10.2026 - 14:18
Ceyranbatanda 10 məktəbli zəhərlənib29.10.2026 - 14:17
Elçin Əfəndi: “Məktəblərdə şagirdlərin təhlükəsizliyinə daimi nəzarət olunmalıdır”29.10.2026 - 13:22
Rasif Bağırov: “Uşaqlarda yorğunluq hər zaman tənbəllik deyil”29.10.2026 - 11:47
Türk generalın Bakıda səhvi29.10.2026 - 11:44
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan etdi29.10.2026 - 11:41
İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib -29.10.2026 - 11:39
Əliyev Ərdoğanı təbrik etdi29.10.2026 - 11:35
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək?29.10.2026 - 11:32
Şagirdlərlə müsahibə yolverilməzdir - insidentlə bağlı AÇIQLAMA29.10.2026 - 11:30
ADU-da institusional akkreditasiya üzrə Fəaliyyət Planı müzakirə olunub29.10.2026 - 11:05
ADNSU-da bərpaolunan enerji üzrə laboratoriyanın fəaliyyəti təqdim olunub29.10.2026 - 10:59
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib29.10.2026 - 10:54
Çində təqaüdlə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunub29.10.2026 - 10:40
“Şəhidin səsi” proqramı fəaliyyətini başa çatdırır 29.10.2026 - 09:11
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Saleh Əliyevin xatirəsinə həsr olunacaq29.10.2026 - 08:14
AMEA-da humanitar elmlərin missiyasına həsr olunan akademik forum keçirilib28.10.2026 - 19:56
Keniyada İRS Təqdimatı baş tutdu28.10.2026 - 19:40
BDU-da Maarifləndirici Tədbir baş tutdu28.10.2026 - 19:37
BDU-da Zəfər Tədbiri baş tutdu28.10.2026 - 19:35
ADNSU Tələbəsinə Gümüş Medal28.10.2026 - 19:30
ADNSU Nümayəndələri Daşkənddə28.10.2026 - 19:27
Məcnun Məmmədov ADNSU-da28.10.2026 - 19:26
Asılılıq Psixologiyası Müzakirə Olundu28.10.2026 - 19:23
Psixoloji Yardım Mərkəzindən Elan verildi28.10.2026 - 19:19
ADU-da Tağıyev Tədbiri baş tutdu28.10.2026 - 19:00
ADU-da Qəhrəmanlıq Tədbiri baş tutdu28.10.2026 - 18:50
Süni intellektin cavablarının milli-mədəni dəyərlərə uyğunluğu təklif olunub28.10.2026 - 18:18