Təhsil 365 - Logo Mobile

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

9629.10.2026 - 14:45
Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Azərbaycanın silahşünaslıq tarixinin elmi əsaslarla öyrənilməsi, tarixi silah nümunələrinin tədqiqi, mühafizəsi və muzey ekspozisiyalarında nümayişi bu sahənin aktual məsələlərindəndir.

“Tehsil365” xəbər verir ki, oktyabrın 29-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda ikinci elmi-praktik konfrans işə başlayıb.

Vətən müharibəsində Qələbənin altıncı ildönümünə həsr olunan tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın məqsədi Azərbaycanın qədim dövrlərdən bu günədək formalaşmış silahşünaslıq tarixinin elmi dövriyyəyə daxil edilməsi, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda qorunan Azərbaycan silahları haqqında məlumat mübadiləsinin aparılması və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsidir.

Tədbiri açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova silahşünaslığın yalnız hərb tarixinin deyil, həm də xalqın maddi-mədəni irsinin, sənətkarlıq ənənələrinin və dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan xalqı tarixən döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqla yanaşı, yüksək bədii zövqlə hazırlanmış silah nümunələri ilə də tanınıb. Zərgərlik, bəzək və döymə sənətlərinin vəhdətində yaradılan bu nümunələr xalqın zəngin mədəni irsinin bir hissəsidir.

Ə.Məlikova qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfər fonunda hərb tarixinin və qədim silahların elmi əsaslarla araşdırılması xüsusi aktuallıq daşıyır. Onun sözlərinə görə, tarixi silahların mühafizəsi, bərpası və muzey ekspozisiyalarında düzgün təqdim olunması da elmi müzakirə tələb edən məsələlərdəndir.

Muzeyin direktoru iki gün davam edəcək konfransın elmi məruzələr və akademik müzakirələr vasitəsilə silahşünaslıq sahəsində yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud boşluqların aradan qaldırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova silahşünaslığın tarix, arxeologiya, fəlsəfə, mədəniyyət və sənətşünaslıqla sıx bağlı olduğunu bildirib.

O qeyd edib ki, silahın əhəmiyyəti yalnız onun hərbi təyinatı ilə məhdudlaşmır, bu anlayışın fəlsəfi və mədəni tərəfləri də var. “Silahı daşıyan insan böyük məsuliyyət daşıyır. O, hər zaman silahdan istifadə etməsə də, onun gücünü və fəlsəfəsini özündə ehtiva edir”, - deyə S.Kərimova vurğulayıb.

Prorektor konfransın Azərbaycan Milli Xalça Muzeyində keçirilməsinin əhəmiyyətinə toxunaraq, belə tədbirlərin müxtəlif elmi sahələr arasında əlaqələrin möhkəmlənməsinə imkan yaratdığını bildirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəxri professoru, Qazi Universitetinin təqaüddə olan professoru Alev Çakmakoğlu Kuru Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq münasibətlərindən danışıb. O, 1923-cü ildə Azərbaycan türklərinin Türkiyənin istiqlal mübarizəsinə göstərdiyi dəstəyə diqqət çəkərək, xalqların çətin və sevincli günlərdə bir-birinin yanında olmasının əhəmiyyətini vurğulayıb.

A.Çakmakoğlu Kuru bildirib ki, türklərin tarixən döyüşçü xalq kimi tanınması silahların yalnız hərbi tərəfdən qiymətləndirilməsi demək deyil. Onun fikrincə, silahşünaslıq mövzusu daha geniş tarixi və mədəni kontekstdə araşdırılmalıdır.

Konfransın həmkuratoru, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov tədbirin bu il iki gün davam edəcəyini bildirib. O qeyd edib ki, ötən il bir gün keçirilən konfransın müddətinin artırılması iştirakçıların sayının və təqdim olunan məruzələrin əhatə dairəsinin genişlənməsi ilə əlaqədardır.

S.Əhmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin konfrans materiallarının elektron variantının hazırlanmasına dəstək verdiyini də diqqətə çatdırıb. O, oktyabrın 30-da konfransın mövzusuna uyğun rəsm və heykəltəraşlıq əsərlərindən ibarət sərginin açılacağını bildirib. Qeyd edib ki, bu təşəbbüsün ənənəyə çevrilməsi nəzərdə tutulur. Sərgidə mövzuya uyğun əsərlər nümayiş olunacaq.

Asyat Abdurahmanova

Xəbər Lenti

ADNSU-da “Geoloji sahə işlərinə hazırlıq” mövzusunda təlim keçirilib29.10.2026 - 20:17
ADU-da Fəaliyyət Planı müzakirəsi keçirilib.29.10.2026 - 19:39
LDU Tələbələri Ankarada29.10.2026 - 19:10
Rauf Ağamirzəyev: Bakıda tıxacların həlli üçün ilk növbədə səkilər abadlaşdırılmalıdır29.10.2026 - 19:06
LDU-da Multikulturalizm Seminarı29.10.2026 - 19:06
BDU Liseyində Beynəlxalq Nailiyyət29.10.2026 - 18:56
BDU Professoru Vəfat Etdi29.10.2026 - 18:55
BDU Beynəlxalq Əməkdaşlığı Genişləndirir29.10.2026 - 18:53
ADNSU-ya Sertifikat Verildi29.10.2026 - 18:49
ADNSU-da Karyera Görüşü keçirilib29.10.2026 - 18:47
Tələbələr üçün Maarifləndirici Sessiya keçirilib29.10.2026 - 18:44
Kamal Abdulla Forumda Çıxış Etdi29.10.2026 - 18:42
ADU-da Beynəlxalq Görüş baş tutdu29.10.2026 - 18:29
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 17:52
AzTU və Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq baş tutdu29.10.2026 - 17:51
“Hər şeyi müəllimdən gözləməyin”—Misir Mərdanov29.10.2026 - 17:47
SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 17:44
1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən “ENQRAM” sərgisi açılıb.29.10.2026 - 17:39
Xalq artisti Zaur Rzayev vəfat edib29.10.2026 - 17:23
Mir Şahin Ağayev: “Bu vəhşiliyi törədənlərin heç biri Azərbaycan Qanunundan kənarda qalmayacaq”29.10.2026 - 17:20
Məktəbdə şagirdlər popkorndan zəhərlənib?29.10.2026 - 17:09
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib29.10.2026 - 16:53
Qərbi Kaspi Universiteti ilə İtaliyanın LUM Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 16:49
Arxeoloq Qafar Cəbiyev: "Arxeoloji tədqiqatlar ölkənin bütün ərazilərində getməlidir"29.10.2026 - 15:08
“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş29.10.2026 - 15:06
Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam29.10.2026 - 15:04
Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində29.10.2026 - 14:54
Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq29.10.2026 - 14:53
Mark Drobinski L.və M.Rostropoviçlərin ev-muzeyini ziyarət edib29.10.2026 - 14:51
Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”29.10.2026 - 14:47
Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır29.10.2026 - 14:43
Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib29.10.2026 - 14:41
Kənd təsərrüfatı naziri ADNSU Biznes Məktəbində olub29.10.2026 - 14:37
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək29.10.2026 - 14:36
Nazirlik Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib29.10.2026 - 14:33
Bu marşrutlardan istifadə edənlərə şad xəbər29.10.2026 - 14:32
Professor vəfat edib29.10.2026 - 14:31
Sabah Bakıda hava yağmursuz olacaq29.10.2026 - 14:29
Mətbuat Şurası Bakıda məktəbdəki insidentlə bağlı açıqlama yayıb29.10.2026 - 14:27
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib29.10.2026 - 14:26
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 14:24
“TikTok”, “Instagram” və “Snapchat”a yaş məhdudiyyəti gəlir29.10.2026 - 14:23
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub29.10.2026 - 14:22
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi açılıb29.10.2026 - 14:20
Edinburq Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib29.10.2026 - 14:18
Ceyranbatanda 10 məktəbli zəhərlənib29.10.2026 - 14:17
Ekspert:” İctimai nəqliyyatda sıxlığın azaldılması üçün kompleks tədbirlər görülməlidir”29.10.2026 - 14:14