Təhsil 365 - Logo Mobile

Arxeoloq Qafar Cəbiyev: "Arxeoloji tədqiqatlar ölkənin bütün ərazilərində getməlidir"

11829.10.2026 - 15:08
Arxeoloq Qafar Cəbiyev: "Arxeoloji tədqiqatlar ölkənin bütün ərazilərində getməlidir"

“Respublika, arxeoloji abidələrin öyrənilməsi baxımından hansı daha aktualdır deyə zonalara bölmək düzgün olmaz”

Bu fikirləri “Tehsil365”ə açıqlamasında arxeoloq Qafar Cəbiyev deyib.

Onun sözlərinə görə,​hər yan öyrənilməlidir. Ağ sahə qalmamalıdır. Baxmaq lazımdır, hansı abidə daha çox təhlükə qarşısındadır, onlar birinci növbədə öyrənilməlidir. Və yaxud tariximizin ayrı-ayrı problemləri ilə bağlı hansı abidələrin tədqiqi yeni material verə bilər bu mənada diqqəti ora daha artıq yönəltmək olar.

“Sovet dönəmində Qarabağ abidələrin tədqiqi istiqamətində olan bizim dırnaqarası təcrübə, boşluqlar bizə indi bəzi şeyləri diqqətdə saxlamağı vacib edir. Çünki sovet dönəmində Qarabağ abidələri orda bəzi qonşular tərəfindən iddialı olan abidələrin tədqiqinə yetərincə fikir verilmədi və orada müəyyən boşluqlar yarandı. Bu mənada yəni Azərbaycan elmi Azərbaycanın hər yanını öyrənməklə yanaşı hesab edirəm ki, sərhədyanı ərazilərə xüsusi diqqət ayrılmalıdır. Bu sahədə mən açıq deyirəm, boşluqlar çoxdur. Azərbaycanın şimal ərazilərində, şimal-qərb bölgəsində, cənub bölgəsində tədqiqatlara ehtiyac var”-deyə arxeoloq bildirib.

​”O sirdir ki, ayrı-ayrı qonşular dövlət,hökumət səviyyəsində olmasa da , müəyyən millətçi, separatçı dairələr tərəfindən hətta bəzi elmi qurumlar, elm adamları tərəfindən ərazi iddiaları səslənir. Ona görə də həmin yerlərdə, o sərhədyanı bölgələrdə, regionlarda yadlara boşluq vermək olmaz. Hər kəs hiss eləməlidir ki, bu torpağın,ölkənin sahibi var. Bu abidələrin sahibi olub, o abidələri yaradanlar olub. ​Yəni bunlara diqqətli olmaq məncə daha vacib işlərdən biridir”-deyə Qafar Cəbiyev bildirib.

​Onun sözlərinə görə, ümumilikdə arxeoloji tədqiqatlar ölkənin bütün ərazilərində getməlidir. Aktuallıq ön plana çəkilməlidir. Deyə bilərsiniz ki, bütün abidələr aktualdır. Bəli, bütün abidələr tariximiz üçün nəsə deyir, orda informasiya yatır. Abidə torpağın altında daha yaxşı mühafizə olunur. Bəli, torpaq biz insanlardan tarixi keçmişimizi daha yaxşı mühafizə edir. Arxeoloqlar abidələritədqiq edirlər.Açandan sonra ona günəş şüaları,külək,yağış,rütubət,antropogen təsirlər olur. Bütün bunlar aşınmaya gətirib çıxarır. İstər-istəməz onu sona qədər xilas eləmək,olduğu vəziyyətdə saxlamaq qeyri-mümkündür. Düzdür, son vaxtlar Azərbaycanda arxeoloji arxeoloji cəhətdən öyrənilmiş abidələrin konservasiyası, qorunması istiqamətində müsbət təcrübə var.

“​Bu sahədə Heydər Əliyev Fondunun gördüyü işlər hər kəs üçün nümunədir. Bu sahədə Seba təşkilatının gördüyü işlər ,Miras İctimai Birliyinin gördüyü işlər diqqəti cəlb edir. Ayrı-ayrı rayonlarda bu istiqamətdə yerli hakimiyyət strukturları çox artıq fəal işləyirlər. Mən bu cəhətdən Şamaxı rayonunun rəhbərliyinə xüsusi olaraq qeyd etmək istəyirəm. Şamaxıda abidələrin qorunmasına, konservasiyasına, onların təbliğ və təşviqinə xüsusi diqqət olduğu hər an hiss olunmaqdadır. Son vaxtlar ayrı-ayrı imkanlı insanlar da bu və ya digər dərəcədə arxeoloji irsin öyrənilməsinə diqqət göstərirlər, amma hesab edirəm ki, bu yetərincə deyildir. Yerli qurumlar, xüsusilə bələdiyyələr bu işdə biganə olmamalıdırlar”-deyə o bildirib.

Qafar Cəbiyevin sözlərinə görə,​indiki halda bələdiyyələrin tarixi mədəni irsə münasibəti, daha doğrusu, real bu sahədə gördükləri iş gözə dəymir. Amma baxın Türkiyə təcrübəsində bələdiyyələr tarixi irs mədəni irsin, arxeoloji abidələrin tədqiqinə, qorunmasına, onların turistik ünvana çevrilməsinə bələdiyyələr bütün səviyyələrdə dəstək göstərirlər, onu maliyyələşdirirlər, mütəxəssisləri o işə cəlb edirlər. Bizdə də bu şeylərə ehtiyac var. Azərbaycan ağır Qarabağ müharibəsindən yeni çıxıb. Qarabağın quruculuq işləri, bərpa işləri bunlarda böyük dövlətin üzərində yükdür və əlbəttə, birinci növbədə görülməli işlərdir.

​”Ona görə də tarixi mədəni irsə cəmiyyətin, yerli qurumların, iş adamlarının, imkanlı insanların, lap elə bələdiyyələrin fəal qoşulacağı dövr hesab edirəm qabaqdadır. Bu biraz hər şeyin zaman ehtiyacı var demək istəyirəm. Digər ölkələrdə olduğu kimi bizdə də olacaqdır. Çünki bu bizim tariximizdir, bizim mədəniyyətimizdir, babalarımızın, əcdadımızın qoyub getdiyi mirasdır. Biz vətəndaş olaraq, cəmiyyət olaraq elm adamları olaraq bunu fərqində olmalıyıq”-deyə arxeoloq fikrini yekunlaşdırıb.

Fatimə Hümbətova

Xəbər Lenti

ADNSU-da “Geoloji sahə işlərinə hazırlıq” mövzusunda təlim keçirilib29.10.2026 - 20:17
ADU-da Fəaliyyət Planı müzakirəsi keçirilib.29.10.2026 - 19:39
LDU Tələbələri Ankarada29.10.2026 - 19:10
Rauf Ağamirzəyev: Bakıda tıxacların həlli üçün ilk növbədə səkilər abadlaşdırılmalıdır29.10.2026 - 19:06
LDU-da Multikulturalizm Seminarı29.10.2026 - 19:06
BDU Liseyində Beynəlxalq Nailiyyət29.10.2026 - 18:56
BDU Professoru Vəfat Etdi29.10.2026 - 18:55
BDU Beynəlxalq Əməkdaşlığı Genişləndirir29.10.2026 - 18:53
ADNSU-ya Sertifikat Verildi29.10.2026 - 18:49
ADNSU-da Karyera Görüşü keçirilib29.10.2026 - 18:47
Tələbələr üçün Maarifləndirici Sessiya keçirilib29.10.2026 - 18:44
Kamal Abdulla Forumda Çıxış Etdi29.10.2026 - 18:42
ADU-da Beynəlxalq Görüş baş tutdu29.10.2026 - 18:29
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 17:52
AzTU və Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq baş tutdu29.10.2026 - 17:51
“Hər şeyi müəllimdən gözləməyin”—Misir Mərdanov29.10.2026 - 17:47
SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 17:44
1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən “ENQRAM” sərgisi açılıb.29.10.2026 - 17:39
Xalq artisti Zaur Rzayev vəfat edib29.10.2026 - 17:23
Mir Şahin Ağayev: “Bu vəhşiliyi törədənlərin heç biri Azərbaycan Qanunundan kənarda qalmayacaq”29.10.2026 - 17:20
Məktəbdə şagirdlər popkorndan zəhərlənib?29.10.2026 - 17:09
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib29.10.2026 - 16:53
Qərbi Kaspi Universiteti ilə İtaliyanın LUM Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 16:49
“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş29.10.2026 - 15:06
Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam29.10.2026 - 15:04
Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində29.10.2026 - 14:54
Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq29.10.2026 - 14:53
Mark Drobinski L.və M.Rostropoviçlərin ev-muzeyini ziyarət edib29.10.2026 - 14:51
Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”29.10.2026 - 14:47
Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans29.10.2026 - 14:45
Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır29.10.2026 - 14:43
Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib29.10.2026 - 14:41
Kənd təsərrüfatı naziri ADNSU Biznes Məktəbində olub29.10.2026 - 14:37
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək29.10.2026 - 14:36
Nazirlik Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib29.10.2026 - 14:33
Bu marşrutlardan istifadə edənlərə şad xəbər29.10.2026 - 14:32
Professor vəfat edib29.10.2026 - 14:31
Sabah Bakıda hava yağmursuz olacaq29.10.2026 - 14:29
Mətbuat Şurası Bakıda məktəbdəki insidentlə bağlı açıqlama yayıb29.10.2026 - 14:27
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib29.10.2026 - 14:26
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 14:24
“TikTok”, “Instagram” və “Snapchat”a yaş məhdudiyyəti gəlir29.10.2026 - 14:23
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub29.10.2026 - 14:22
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi açılıb29.10.2026 - 14:20
Edinburq Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib29.10.2026 - 14:18
Ceyranbatanda 10 məktəbli zəhərlənib29.10.2026 - 14:17
Ekspert:” İctimai nəqliyyatda sıxlığın azaldılması üçün kompleks tədbirlər görülməlidir”29.10.2026 - 14:14