Təhsil 365 - Logo Mobile

AzTU və Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq baş tutdu

12629.10.2026 - 17:51
AzTU və Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq baş tutdu

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin təşkilatçılığı ilə “Cihaz” İstehsalat Birliyinin baş direktoru texnika üzrə fəlsəfə doktoru Fəlah Quliyevin tələbələrlə görüşü keçirilib.

“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC-a universitetdən bildirilib. “Müdafiə sənayesində mühəndis hazırlığının strateji əhəmiyyəti” mövzusuna həsr olunan görüşdə tədris məsələləri üzrə prorektor Sübhan Namazov universitetlə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlığın mühəndis kadrlarının hazırlanmasında mühüm rol oynadığını bildirib. O, tədrisin sənayenin tələblərinə uyğunlaşdırılmasının və tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Daha sonra Fəlah Quliyev müdafiə sənayesinin qlobal iqtisadi və siyasi proseslərdəki rolu, Azərbaycan istehsalı olan müdafiə sənayesi məhsullarına beynəlxalq maraq, istehsal proseslərinin təşkili və logistika məsələləri barədə məlumat verib. O, yüksəkixtisaslı mühəndis kadrlarının yerli məhsulların yaradılması, mövcud texnologiyaların təkmilləşdirilməsi və istehsal imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edib. Bildirib ki, mühəndislərin bilik və bacarıqlarını konkret texniki həllərə və faydalı məhsullara çevirməsi yerli sənayenin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Fəlah Quliyev tələbələrə öz ideyalarını inkişaf etdirməyi, istehsalatın real ehtiyaclarını öyrənməyi və həmin ehtiyaclara uyğun mühəndis həlləri hazırlamağı tövsiyə edib. O, ideyanın layihəyə, layihənin isə hazır məhsula çevrilməsi prosesinin mənimsənilməsinin gələcək mütəxəssislərin peşəkar hazırlığında mühüm yer tutduğunu bildirib, Nazirlər Kabinetinin qərarı ilə AzTU-da yaradılmış Xüsusi texnika və texnologiya fakültəsinin müdafiə sənayesi üçün mühəndis kadrlarının hazırlanmasındakı rolunu vurğulayıb.

Görüş zamanı tələbələrin sualları cavablandırılıb, müdafiə sənayesi, mühəndislik fəaliyyəti və gələcək karyera imkanları ətrafında fikir mübadiləsi aparılıb. Fakültənin dekanı Yadullah Babayev Fəlah Quliyevə fakültəyə göstərdiyi dəstəyə və tələbələrlə öz təcrübəsini bölüşdüyünə görə təşəkkür edib. Sonda AzTU rektoru adından Fəlah Quliyevə universitet-sənaye əməkdaşlığının inkişafına verdiyi töhfələrə görə xatirə plaketi təqdim olunub.

Ayətil Quliyeva

Xəbər Lenti

ADNSU-da “Geoloji sahə işlərinə hazırlıq” mövzusunda təlim keçirilib29.10.2026 - 20:17
ADU-da Fəaliyyət Planı müzakirəsi keçirilib.29.10.2026 - 19:39
LDU Tələbələri Ankarada29.10.2026 - 19:10
LDU-da Multikulturalizm Seminarı29.10.2026 - 19:06
Rauf Ağamirzəyev: Bakıda tıxacların həlli üçün ilk növbədə səkilər abadlaşdırılmalıdır29.10.2026 - 19:06
BDU Liseyində Beynəlxalq Nailiyyət29.10.2026 - 18:56
BDU Professoru Vəfat Etdi29.10.2026 - 18:55
BDU Beynəlxalq Əməkdaşlığı Genişləndirir29.10.2026 - 18:53
ADNSU-ya Sertifikat Verildi29.10.2026 - 18:49
ADNSU-da Karyera Görüşü keçirilib29.10.2026 - 18:47
Tələbələr üçün Maarifləndirici Sessiya keçirilib29.10.2026 - 18:44
Kamal Abdulla Forumda Çıxış Etdi29.10.2026 - 18:42
ADU-da Beynəlxalq Görüş baş tutdu29.10.2026 - 18:29
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 17:52
“Hər şeyi müəllimdən gözləməyin”—Misir Mərdanov29.10.2026 - 17:47
SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 17:44
1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən “ENQRAM” sərgisi açılıb.29.10.2026 - 17:39
Xalq artisti Zaur Rzayev vəfat edib29.10.2026 - 17:23
Mir Şahin Ağayev: “Bu vəhşiliyi törədənlərin heç biri Azərbaycan Qanunundan kənarda qalmayacaq”29.10.2026 - 17:20
Məktəbdə şagirdlər popkorndan zəhərlənib?29.10.2026 - 17:09
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib29.10.2026 - 16:53
Qərbi Kaspi Universiteti ilə İtaliyanın LUM Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 16:49
Arxeoloq Qafar Cəbiyev: "Arxeoloji tədqiqatlar ölkənin bütün ərazilərində getməlidir"29.10.2026 - 15:08
“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş29.10.2026 - 15:06
Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam29.10.2026 - 15:04
Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində29.10.2026 - 14:54
Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq29.10.2026 - 14:53
Mark Drobinski L.və M.Rostropoviçlərin ev-muzeyini ziyarət edib29.10.2026 - 14:51
Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”29.10.2026 - 14:47
Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans29.10.2026 - 14:45
Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır29.10.2026 - 14:43
Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib29.10.2026 - 14:41
Kənd təsərrüfatı naziri ADNSU Biznes Məktəbində olub29.10.2026 - 14:37
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək29.10.2026 - 14:36
Nazirlik Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib29.10.2026 - 14:33
Bu marşrutlardan istifadə edənlərə şad xəbər29.10.2026 - 14:32
Professor vəfat edib29.10.2026 - 14:31
Sabah Bakıda hava yağmursuz olacaq29.10.2026 - 14:29
Mətbuat Şurası Bakıda məktəbdəki insidentlə bağlı açıqlama yayıb29.10.2026 - 14:27
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib29.10.2026 - 14:26
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 14:24
“TikTok”, “Instagram” və “Snapchat”a yaş məhdudiyyəti gəlir29.10.2026 - 14:23
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub29.10.2026 - 14:22
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi açılıb29.10.2026 - 14:20
Edinburq Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib29.10.2026 - 14:18
Ceyranbatanda 10 məktəbli zəhərlənib29.10.2026 - 14:17
Ekspert:” İctimai nəqliyyatda sıxlığın azaldılması üçün kompleks tədbirlər görülməlidir”29.10.2026 - 14:14