21-27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və SOCAR-ın əsas tərəfdaş olduğu XII Bakı Beynəlxalq Kitab sərgisi başa çatıb.
“Tehsil365” xəbər verir ki, ADNSU-nun Kitabxana İnformasiya Mərkəzi sərgidə iştirak edərək universitetin professor-müəllim heyətinin, həmçinin Mərkəzin fondunda olan maraqlı eksponatları ziyarətçilərə təqdim edib, kitab və nəşriyyat sahəsində olan yeniliklərlə tanış olub, elmi və mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olan bu tədbirə öz töhvəsini verib.
Sərginin sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ADNSU Kitabxana İnformasiya Mərkəzi sərgidə fəal iştiraka görə sertifikata layiq görülüb.

