Təhsil 365 - Logo Mobile

BDU Professoru Vəfat Etdi

2329.10.2026 - 18:55
 BDU Professoru Vəfat Etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib.

“Tehsil365” xəbər verir ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1959-1964-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda aspirant olub. 1968-1969-cu illərdə AMEA Rəyasət Heyətinin qərarı ilə elmi tədqiqatlar aparmaq üçün Ukrayna Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutuna ezam olunub. 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1995-ci ildə isə professor elmi adını alıb.

O, 1964-1982-ci illərdə AMEA-nın Fizika İnstitutunda, 1982-1992-ci illərdə isə Moskva şəhərində Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutunda çalışıb. 1992-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə dəvət olunaraq Aparatın Sosial-mədəni qanunvericilik məsələləri şöbəsinin Elm, təhsil və mədəniyyət bölməsinin müdiri vəzifəsinə təyin edilib. 1993-cü ildən Aparatın Daimi komissiyalar katibliyində, 1994-cü ildən isə Daimi komissiyalar şöbəsində rəhbər vəzifələrdə çalışıb. 1995-2020-ci illərdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri vəzifəsini icra edib.

Adilə Abbasova qadın problemlərinə həsr olunmuş beynəlxalq toplantılarda Azərbaycanı müxtəlif ölkələrdə təmsil edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü ildə 2-ci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsinə layiq görülüb. 2007-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2020-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

Fidan Abışova

Xəbər Lenti

ADNSU-da “Geoloji sahə işlərinə hazırlıq” mövzusunda təlim keçirilib29.10.2026 - 20:17
ADU-da Fəaliyyət Planı müzakirəsi keçirilib.29.10.2026 - 19:39
LDU Tələbələri Ankarada29.10.2026 - 19:10
Rauf Ağamirzəyev: Bakıda tıxacların həlli üçün ilk növbədə səkilər abadlaşdırılmalıdır29.10.2026 - 19:06
LDU-da Multikulturalizm Seminarı29.10.2026 - 19:06
BDU Liseyində Beynəlxalq Nailiyyət29.10.2026 - 18:56
BDU Beynəlxalq Əməkdaşlığı Genişləndirir29.10.2026 - 18:53
ADNSU-ya Sertifikat Verildi29.10.2026 - 18:49
ADNSU-da Karyera Görüşü keçirilib29.10.2026 - 18:47
Tələbələr üçün Maarifləndirici Sessiya keçirilib29.10.2026 - 18:44
Kamal Abdulla Forumda Çıxış Etdi29.10.2026 - 18:42
ADU-da Beynəlxalq Görüş baş tutdu29.10.2026 - 18:29
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 17:52
AzTU və Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq baş tutdu29.10.2026 - 17:51
“Hər şeyi müəllimdən gözləməyin”—Misir Mərdanov29.10.2026 - 17:47
SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 17:44
1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən “ENQRAM” sərgisi açılıb.29.10.2026 - 17:39
Xalq artisti Zaur Rzayev vəfat edib29.10.2026 - 17:23
Mir Şahin Ağayev: “Bu vəhşiliyi törədənlərin heç biri Azərbaycan Qanunundan kənarda qalmayacaq”29.10.2026 - 17:20
Məktəbdə şagirdlər popkorndan zəhərlənib?29.10.2026 - 17:09
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib29.10.2026 - 16:53
Qərbi Kaspi Universiteti ilə İtaliyanın LUM Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb29.10.2026 - 16:49
Arxeoloq Qafar Cəbiyev: "Arxeoloji tədqiqatlar ölkənin bütün ərazilərində getməlidir"29.10.2026 - 15:08
“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş29.10.2026 - 15:06
Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam29.10.2026 - 15:04
Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində29.10.2026 - 14:54
Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq29.10.2026 - 14:53
Mark Drobinski L.və M.Rostropoviçlərin ev-muzeyini ziyarət edib29.10.2026 - 14:51
Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”29.10.2026 - 14:47
Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans29.10.2026 - 14:45
Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır29.10.2026 - 14:43
Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib29.10.2026 - 14:41
Kənd təsərrüfatı naziri ADNSU Biznes Məktəbində olub29.10.2026 - 14:37
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək29.10.2026 - 14:36
Nazirlik Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib29.10.2026 - 14:33
Bu marşrutlardan istifadə edənlərə şad xəbər29.10.2026 - 14:32
Professor vəfat edib29.10.2026 - 14:31
Sabah Bakıda hava yağmursuz olacaq29.10.2026 - 14:29
Mətbuat Şurası Bakıda məktəbdəki insidentlə bağlı açıqlama yayıb29.10.2026 - 14:27
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib29.10.2026 - 14:26
BMU-da fizika üzrə Nobel mükafatına həsr olunan elmi seminar29.10.2026 - 14:24
“TikTok”, “Instagram” və “Snapchat”a yaş məhdudiyyəti gəlir29.10.2026 - 14:23
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub29.10.2026 - 14:22
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi açılıb29.10.2026 - 14:20
Edinburq Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib29.10.2026 - 14:18
Ceyranbatanda 10 məktəbli zəhərlənib29.10.2026 - 14:17
Ekspert:” İctimai nəqliyyatda sıxlığın azaldılması üçün kompleks tədbirlər görülməlidir”29.10.2026 - 14:14