Lənkəran Dövlət Universitetinin tələbələri üçün Ankara Universitetində mübadilə proqramı çərçivəsində bir semestr müddətində təhsil almaq imkanı yaradılır.
“Tehsil365” xəbər verir ki, mübadilə proqramının müddəti: 1 semestr
Tələb olunan sənədlər:
- Türk və ya ingilis dili üzrə minimum B2 səviyyəsini təsdiq edən sənəd;
- Qiymətləndirmə və kredit sistemi haqqında izahla birlikdə ingilis dilində rəsmi akademik transkript;
- Xarici pasportun rəngli surəti;
- Rəngli fotoşəkil.
Təxmini xərclər:
- TÖMER türk dili kursları: 140–200 ABŞ dolları;
- Ankara şəhərində aylıq yaşayış xərcləri: minimum 300 ABŞ dolları;
- Metro ilə bir istiqamət üzrə gediş haqqı: təxminən 0,43 ABŞ dolları.
Beynəlxalq akademik təcrübə qazanmaq, bilik və bacarıqlarınızı inkişaf etdirmək, yeni mədəniyyətlə tanış olmaq və akademik imkanlarınızı genişləndirmək fürsətindən yararlanın!

