Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Yer elmləri və neft mühəndisliyi fakültəsinin (YENMF) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Geoloji sahə işlərinə hazırlıq” mövzusunda təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, təlim zamanı tələbələrə sahə geologiyası və tədqiqat metodları haqqında ətraflı məlumat verilib.
Tədbirin əsas məqsədi gələcək mühəndis və geoloqların nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirmək olub.
Təlim çərçivəsində təhlükəsizlik qaydaları, zəruri sahə avadanlıqlarından istifadə, xəritəçəkmə və süxur nümunələrinin götürülməsi kimi mühüm mövzular müzakirə edilib.
Sonda tələbələrin sualları cavablandırılıb, onlarla real sahə təcrübələri bölüşülüb.

