Oktyabrın 26-da Salyan rayonunda yerləşən məktəblərdən birinin binasına “Molotov kokteyli” atılıb. Nəticədə təhsil müəssisəsinin binasına maddi ziyan dəyib.
“Tehsil365” xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən M.Əhədov və onun tanışı M.Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

