Təhsil 365 - Logo Mobile

Naxçıvanda NASCO29 elmi konfransı keçirilir

8730.10.2026 - 14:31
Naxçıvanda NASCO29 elmi konfransı keçirilir

Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) keçirilir. 

“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfransda ölkənin bütün regionlarından, eləcə də xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı doktorant və gənc tədqiqatçılar iştirak edirlər. 

Konfransa 123 elm və təhsil müəssisəsindən ümumilikdə 1627 məqalə və tezis təqdim edilib. Texniki və elmi komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən təqdim olunan 1028 elmi iş konfransın proqramına daxil edilib. NASCO tarixində iştirakçı sayına və əhatə dairəsinə görə ən böyük konfrans olan tədbir Azərbaycan universitetlərində təşkil edilən irihəcmli elmi konfranslardan biri kimi diqqət çəkir.

Konfrans hibrid formatda təşkil olunacaq. Proqrama daxil edilən tədqiqatçılardan 504 -ü əyani, 878-i isə onlayn iştirak edəcək. Ümumilikdə 1028 elmi məruzədən 370-i əyani, 658-i onlayn bölmə iclaslarında dinləniləcək. Konfransın 21 zalda, 104 elmi bölmə üzrə keçirilməsi nəzərdə tutulur. Dinləyicilərlə birlikdə tədbirin ümumi iştirakçı sayının 5000-dən çox olacağı gözlənilir.

Elmi işlərin təqdim olunduğu 123 müəssisədən 104-ü yerli, 19-u isə xarici ölkələrin aparıcı ali təhsil və elmi mərkəzləridir. Konfransda Dövlət Proqramı çərçivəsində Oksford, Belqrad, Gent, Berlin Texniki, Riphah Beynəlxalq, Rusiya Dövlət İdarəetmə, İstanbul, İstanbul Beykent və İstanbul Gedik universitetlərində, eləcə də digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı doktorant və gənc tədqiqatçılar elmi araşdırmalarını təqdim edəcəklər.

Konfransın rəsmi açılış mərasimi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilir. Tədbirdə dövlət və hökumət rəsmiləri, 40-dan çox ali təhsil müəssisəsinin rektoru, elmi-tədqiqat institutlarının direktorları və digər yüksək səviyyəli qonaqlar iştirak edirlər. 

Qeyd edək ki, NASCO29 konfransı gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılması, elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və ölkəmizdə elmin gələcək inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Asyat Abdurahmanova

Xəbər Lenti

Gənc yazıçı Gül Turanın “EON” neoromanı təqdim edilib30.10.2026 - 18:43
Qərbi Kaspi Universiteti idman turniri keçirtdi30.10.2026 - 18:00
Sadır Japarov Azərbaycana təşəkkür edib30.10.2026 - 17:57
Azərbaycanda dövlət qurumlarında süni intellektin tətbiqi genişləndiriləcək30.10.2026 - 17:56
Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat davam edir30.10.2026 - 17:55
Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər30.10.2026 - 17:53
“Dövlət qulluqçularının rotasiyası və digər dövlət qulluğu vəzifəsinə keçirilmə” mövzusunda təlim təşkil olunub30.10.2026 - 17:52
Azərbaycanda müasir suvarma sistemləri tətbiq edilən ərazilərin sahəsi 155 min hektarı ötüb30.10.2026 - 17:49
ADA Məktəbində Payız festivalı – “Məhsul bayramı” təşkil edilib30.10.2026 - 17:45
Azərbaycan Mərkəzi Asiya ilə vahid təhsil məkanının yaradılmasını müzakirə edib30.10.2026 - 17:44
Beynəlxalq konqresdə Azərbaycan Milli Kitabxanasının rəqəmsal fəaliyyəti təqdim edilib30.10.2026 - 17:40
AMEA-da “keçmişdən bu günə Azərbaycan tarixinin izlərinin araşdırılması” mövzusu müzakirə olunub30.10.2026 - 17:37
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib30.10.2026 - 17:36
Qarabağ Universitetində mədəniyyətlərarası dialoq mövzusunda müzakirə keçirilib30.10.2026 - 17:35
Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir30.10.2026 - 17:32
Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib30.10.2026 - 17:31
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb30.10.2026 - 17:30
“Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib30.10.2026 - 17:25
Oğuzda azsaylı xalqların tədbiri baş tutdu30.10.2026 - 17:22
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib30.10.2026 - 17:21
Elm və təhsil nazirinin müavini Mərkəzi Çağırış Komissiyasının iclasında iştirak edib30.10.2026 - 17:20
UFAZ-da təqaüd qaliblərinə Akademik Mükəmməllik sertifikatları təqdim olunub30.10.2026 - 17:17
Nazim Mustafanın “Tarixin sınağından çıxan qardaşlıq” məqaləsi işıq üzü gördü30.10.2026 - 17:15
DİM-də təlim təşkil olunub30.10.2026 - 17:14
İƏT-in Baş katibi Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə görüşüb30.10.2026 - 17:11
UFAZ-da Tədqiqat Şurasının 6-cı iclası keçirilib30.10.2026 - 17:11
DİM-in nümayəndələri beynəlxalq konfransda iştirak ediblər30.10.2026 - 17:05
Rusiya və Şimali Koreya birgə film çəkəcək30.10.2026 - 17:00
Yusif Nəbiyev: "Sosiologiya təhsilində praktiki tərəfə daha çox üstünlük verilməlidir".30.10.2026 - 15:24
Şahdağa qar yağıb 30.10.2026 - 14:41
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edildi30.10.2026 - 14:38
Məktəblimiz Latviyada bürünc medal qazanıb30.10.2026 - 14:36
Ülkər Səttarova Naxçıvan kolleclərində olub30.10.2026 - 14:34
BMU məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub30.10.2026 - 14:32
Sabah yağış yağacaq30.10.2026 - 14:29
Məktəbə "Molotov kokteyli" atanlar həbs edildi30.10.2026 - 14:27
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub30.10.2026 - 14:26
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs olunub30.10.2026 - 14:24
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib30.10.2026 - 14:19
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır30.10.2026 - 14:18
LDU-da təhsil və əmək bazarının inteqrasiyası müzakirə olunub30.10.2026 - 14:16
Professor SABAH City-də ADNSU tələbələrinə ustad dərsi keçib30.10.2026 - 14:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib30.10.2026 - 14:12
Avtomobil 9 yaşlı uşağı vurub30.10.2026 - 14:10
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı ixtisaslar30.10.2026 - 14:09
FIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək30.10.2026 - 11:48
Leysan Məmmədov vəzifəsindən azad edilib30.10.2026 - 11:46