Təhsil 365 - Logo Mobile

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat davam edir

5330.10.2026 - 17:55
Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq, Dövlət İmtahan Mərkəzi 2026-cı il  noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib.

“Təhsil365” xəbər verir ki, bu haqda Dövlət İmtahan Mərkəzi öz rəsmi vebsaytında məlumat paylaşıb.

2026-cı il  noyabrın 8-dək Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına yuxarıda qeyd edilən imtahanların birində iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini əlavə etməlidirlər. İddiaçılar ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 (yüz on)) silinir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikləri təqdirdə, hər imtahanda iştirak etmək üçün 110 (yüz on) manat ödəməlidirlər.

Xarici dillər, həmçinin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı xarici dildən doktoranturaya qəbul imtahanı ilə təxminən eyni məzmun və strukturda (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Proqramlarla aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı proqramları (Azərbaycan dilində, rus dilində); 

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı proqramı.

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoru imtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir.

İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2026-cı il noyabrın 22-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə noyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 26 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək.

Əzizə Qayıtmazova

Xəbər Lenti

BDU-da Karyera Təlimi30.10.2026 - 19:41
BDU-da IELTS Uğuru30.10.2026 - 19:39
Lənkəranda Pedaqoji Müzakirə30.10.2026 - 19:36
ADNSU Tələbəsindən Qələbə30.10.2026 - 19:34
ADNSU-da Biotexnologiya Seminarı30.10.2026 - 19:31
ADNSU-da Elmi Seminar30.10.2026 - 19:28
ADNSU-da Təcrübə İmkanları30.10.2026 - 19:25
ADNSU-da qida təhlükəsizliyi ilə bağlı təlim keçirilib30.10.2026 - 19:23
ADNSU-da Müəllim Təlimi30.10.2026 - 19:16
ADNSU Tələbəsi ABŞ-da30.10.2026 - 19:13
ADU-da Elmi Müzakirə baş tutub 30.10.2026 - 19:11
Professor SABAH City-də ADNSU tələbələrinə ustad dərsi keçib30.10.2026 - 19:10
Aqarunov Təqaüdünün Qalibləri30.10.2026 - 19:07
ADU və Britaniya Şurasının birgə layihəsi davam edir30.10.2026 - 19:03
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib30.10.2026 - 18:59
DİM-də 9 fənn üzrə elmi-metodik seminarlar keçirilib30.10.2026 - 18:53
Gənc yazıçı Gül Turanın “EON” neoromanı təqdim edilib30.10.2026 - 18:43
Qərbi Kaspi Universiteti idman turniri keçirtdi30.10.2026 - 18:00
Sadır Japarov Azərbaycana təşəkkür edib30.10.2026 - 17:57
Azərbaycanda dövlət qurumlarında süni intellektin tətbiqi genişləndiriləcək30.10.2026 - 17:56
Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər30.10.2026 - 17:53
“Dövlət qulluqçularının rotasiyası və digər dövlət qulluğu vəzifəsinə keçirilmə” mövzusunda təlim təşkil olunub30.10.2026 - 17:52
Azərbaycanda müasir suvarma sistemləri tətbiq edilən ərazilərin sahəsi 155 min hektarı ötüb30.10.2026 - 17:49
ADA Məktəbində Payız festivalı – “Məhsul bayramı” təşkil edilib30.10.2026 - 17:45
Azərbaycan Mərkəzi Asiya ilə vahid təhsil məkanının yaradılmasını müzakirə edib30.10.2026 - 17:44
Beynəlxalq konqresdə Azərbaycan Milli Kitabxanasının rəqəmsal fəaliyyəti təqdim edilib30.10.2026 - 17:40
AMEA-da “keçmişdən bu günə Azərbaycan tarixinin izlərinin araşdırılması” mövzusu müzakirə olunub30.10.2026 - 17:37
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib30.10.2026 - 17:36
Qarabağ Universitetində mədəniyyətlərarası dialoq mövzusunda müzakirə keçirilib30.10.2026 - 17:35
Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir30.10.2026 - 17:32
Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib30.10.2026 - 17:31
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb30.10.2026 - 17:30
“Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib30.10.2026 - 17:25
Oğuzda azsaylı xalqların tədbiri baş tutdu30.10.2026 - 17:22
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib30.10.2026 - 17:21
Elm və təhsil nazirinin müavini Mərkəzi Çağırış Komissiyasının iclasında iştirak edib30.10.2026 - 17:20
UFAZ-da təqaüd qaliblərinə Akademik Mükəmməllik sertifikatları təqdim olunub30.10.2026 - 17:17
Nazim Mustafanın “Tarixin sınağından çıxan qardaşlıq” məqaləsi işıq üzü gördü30.10.2026 - 17:15
DİM-də təlim təşkil olunub30.10.2026 - 17:14
İƏT-in Baş katibi Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə görüşüb30.10.2026 - 17:11
UFAZ-da Tədqiqat Şurasının 6-cı iclası keçirilib30.10.2026 - 17:11
DİM-in nümayəndələri beynəlxalq konfransda iştirak ediblər30.10.2026 - 17:05
Rusiya və Şimali Koreya birgə film çəkəcək30.10.2026 - 17:00
Yusif Nəbiyev: "Sosiologiya təhsilində praktiki tərəfə daha çox üstünlük verilməlidir".30.10.2026 - 15:24
Şahdağa qar yağıb 30.10.2026 - 14:41
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edildi30.10.2026 - 14:38
Məktəblimiz Latviyada bürünc medal qazanıb30.10.2026 - 14:36