Təhsil 365 - Logo Mobile

AMEA-da “keçmişdən bu günə Azərbaycan tarixinin izlərinin araşdırılması” mövzusu müzakirə olunub

4230.10.2026 - 17:37
AMEA-da “keçmişdən bu günə Azərbaycan tarixinin izlərinin araşdırılması” mövzusu müzakirə olunub

“Süni intellekt alətləri: keçmişdən bu günə – dünyada Azərbaycan tarixinin izlərinin araşdırılması və təqdimatı” mövzusunda dəyirmi masa keçirilib.

29.10.2026 tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya institutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan dövlətinin beynəlxalq imicinə, tarixinə və mədəniyyətinə qarşı aparılan mənfi təbliğatın qarşısının alınması və neytrallaşdırılmasına dair Fəaliyyət Planı”na uyğun olaraq “Süni intellekt alətləri: keçmişdən bu günə – dünyada Azərbaycan tarixinin izlərinin araşdırılması və təqdimatı” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutun Elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini t.e.d., dosent İlqar Niftəliyevin iştirakı ilə keçirilən elmi tədbirdə üç əsas istiqamət üzrə məruzələr dinlənildi və geniş müzakirələr aparıldı. Tədbiri giriş sözü ilə açan İ.Niftəliyev Azərbaycan dövlətinin beynəlxalq imicinə, tarixinə və mədəniyyətinə qarşı aparılan mənfi təbliğatın qarşısının alınması və neytrallaşdırılmasına dair institutda görülən işlər barədə məlumat verdi.

Elmi tədbirdə Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri, t.ü.f.d. Nigar Camalova “Azərbaycan tarixşünaslıq mətnlərinin süni intellekt əsaslı təhlili: “Azərbaycan Tarixşünaslığı” jurnalının materialları əsasında” adlı məruzə ilə çıxış etdi. Çıxış zamanı “Azərbaycan Tarixşünaslığı” jurnalının materialları əsasında Təbii Dilin Emalı (NLP), Mövzu Modelləşdirməsi (Topic Modeling), TF-IDF və Hissiyyat Analizi (Sentiment Analysis) metodları ilə aparılan tədqiqatın nəticələri təqdim edildi. Nigar Camalova həmçinin Süni intellekt əsaslı bu metodların Azərbaycan tarixinə dair izlərin dünya elmi şəbəkəsində aşkar edilməsi, təqdimatı və təbliği istiqamətində tətbiq edilə biləcəyini vurğuladı.

Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin böyük laborantı Tünzalə Gözəlovanın çıxışı “Süni intellektdən istifadə zamanı tədqiqatçıların qarşılaşdığı problemlər” mövzusunda oldu. Çıxışda Sİ-nin tarixi inkişaf mərhələləri, uydurma istinadlar (hallüsinasiya), dil və mədəniyyət qərəzliliyi (Azərbaycan dilinin iltisaqi quruluşundan irəli gələn xüsusiyyətlər), detektor paradoksu kimi risklər, tədqiqatda şəffaflıq prinsipləri və düzgün prompt tərtibatı qaydaları nümayiş etdirildi.

Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin baş mütəxəssisi Sevda Quliyeva isə “Vikipediya rəqəmsal ensiklopediyasında Azərbaycan tarixinin təbliği məsələləri” mövzusunda çıxış etdi. Azərbaycanda Vikipediya bölməsinin 218 mindən çox məqalə ilə qlobal şəbəkədəki mövqeyi, rəqəmsal könüllülük fəaliyyətinin əhəmiyyəti, həmçinin xarici dilli bölmələrdə tarixi həqiqətlərin obyektiv çatdırılmasında tarixçilərin rolu və mövcud risklərdən bəhs etdi.

Tədbirin yekununda tarixçilərin Azərbaycan dövlətinin beynəlxalq imicinin qorunması, ölkəmizin tarixi və mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də Azərbaycan əleyhinə mənfi təbliğatın qarşısının alınması və neytrallaşdırılması istiqamətində fəal iştirakının vacibliyi vurğulandı. Həmçinin tarixçilərin bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi, elmi mühitdə tədqiqatların intensivləşdirilməsi və sosial mediada elmi əsaslara söykənən məlumatlandırma işinin gücləndirilməsi zərurəti qeyd olundu.

Dəyirmi masa iştirakçıların praktiki suallarının cavablandırılması, Vikipediyada redaktə etmə prinsipləri, real tədqiqat nümunələri üzərində müzakirələr ilə yekunlaşdı.

Ayətil Quliyeva

Xəbər Lenti

BDU-da Karyera Təlimi30.10.2026 - 19:41
BDU-da IELTS Uğuru30.10.2026 - 19:39
Lənkəranda Pedaqoji Müzakirə30.10.2026 - 19:36
ADNSU Tələbəsindən Qələbə30.10.2026 - 19:34
ADNSU-da Biotexnologiya Seminarı30.10.2026 - 19:31
ADNSU-da Elmi Seminar30.10.2026 - 19:28
ADNSU-da Təcrübə İmkanları30.10.2026 - 19:25
ADNSU-da qida təhlükəsizliyi ilə bağlı təlim keçirilib30.10.2026 - 19:23
ADNSU-da Müəllim Təlimi30.10.2026 - 19:16
ADNSU Tələbəsi ABŞ-da30.10.2026 - 19:13
ADU-da Elmi Müzakirə baş tutub 30.10.2026 - 19:11
Professor SABAH City-də ADNSU tələbələrinə ustad dərsi keçib30.10.2026 - 19:10
Aqarunov Təqaüdünün Qalibləri30.10.2026 - 19:07
ADU və Britaniya Şurasının birgə layihəsi davam edir30.10.2026 - 19:03
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib30.10.2026 - 18:59
DİM-də 9 fənn üzrə elmi-metodik seminarlar keçirilib30.10.2026 - 18:53
Gənc yazıçı Gül Turanın “EON” neoromanı təqdim edilib30.10.2026 - 18:43
Qərbi Kaspi Universiteti idman turniri keçirtdi30.10.2026 - 18:00
Sadır Japarov Azərbaycana təşəkkür edib30.10.2026 - 17:57
Azərbaycanda dövlət qurumlarında süni intellektin tətbiqi genişləndiriləcək30.10.2026 - 17:56
Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat davam edir30.10.2026 - 17:55
Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər30.10.2026 - 17:53
“Dövlət qulluqçularının rotasiyası və digər dövlət qulluğu vəzifəsinə keçirilmə” mövzusunda təlim təşkil olunub30.10.2026 - 17:52
Azərbaycanda müasir suvarma sistemləri tətbiq edilən ərazilərin sahəsi 155 min hektarı ötüb30.10.2026 - 17:49
ADA Məktəbində Payız festivalı – “Məhsul bayramı” təşkil edilib30.10.2026 - 17:45
Azərbaycan Mərkəzi Asiya ilə vahid təhsil məkanının yaradılmasını müzakirə edib30.10.2026 - 17:44
Beynəlxalq konqresdə Azərbaycan Milli Kitabxanasının rəqəmsal fəaliyyəti təqdim edilib30.10.2026 - 17:40
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib30.10.2026 - 17:36
Qarabağ Universitetində mədəniyyətlərarası dialoq mövzusunda müzakirə keçirilib30.10.2026 - 17:35
Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir30.10.2026 - 17:32
Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib30.10.2026 - 17:31
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb30.10.2026 - 17:30
“Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib30.10.2026 - 17:25
Oğuzda azsaylı xalqların tədbiri baş tutdu30.10.2026 - 17:22
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib30.10.2026 - 17:21
Elm və təhsil nazirinin müavini Mərkəzi Çağırış Komissiyasının iclasında iştirak edib30.10.2026 - 17:20
UFAZ-da təqaüd qaliblərinə Akademik Mükəmməllik sertifikatları təqdim olunub30.10.2026 - 17:17
Nazim Mustafanın “Tarixin sınağından çıxan qardaşlıq” məqaləsi işıq üzü gördü30.10.2026 - 17:15
DİM-də təlim təşkil olunub30.10.2026 - 17:14
UFAZ-da Tədqiqat Şurasının 6-cı iclası keçirilib30.10.2026 - 17:11
İƏT-in Baş katibi Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə görüşüb30.10.2026 - 17:11
DİM-in nümayəndələri beynəlxalq konfransda iştirak ediblər30.10.2026 - 17:05
Rusiya və Şimali Koreya birgə film çəkəcək30.10.2026 - 17:00
Yusif Nəbiyev: "Sosiologiya təhsilində praktiki tərəfə daha çox üstünlük verilməlidir".30.10.2026 - 15:24
Şahdağa qar yağıb 30.10.2026 - 14:41
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edildi30.10.2026 - 14:38
Məktəblimiz Latviyada bürünc medal qazanıb30.10.2026 - 14:36