Təhsil 365 - Logo Mobile

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

3930.10.2026 - 17:30
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Naxçıvan Dövlət Universitetinin (NDU) ev sahibliyi, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29) açılış mərasimi keçirilib.

“Tehsil365” bildirir ki, Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Ardınca NDU İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun konfransda iştirak edən universitet rektorlarının portretlərindən ibarət sərgiyə baxış keçirilib.

Heydər Əliyev Sarayında baş tutan açılış mərasimində öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev çıxışında konfransın gənc tədqiqatçılar üçün elmi yeniliklərin müzakirəsi, yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb. İdris İsayev Prezident İlham Əliyev tərəfindən elm, təhsil və innovasiyanın ölkəmizdə inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib. Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının, elmin iqtisadiyyat və sənaye ilə əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

Elmi forumun Azərbaycanın qədim və zəngin elmi-mədəni ənənələrə malik Naxçıvan diyarında keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir müavini muxtar respublikanın ölkəmizin intellektual və elmi potensialının formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Natiq doktorantura təhsilinin müasir tələblərə uyğun yenilənməsinə də toxunub. Tədqiqat mövzularının aktuallığı, yeni elmi metodların tətbiqi, akademik yazı üslubu və digər müasir elmi bacarıqların inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Konfransda təqdim olunan elmi yeniliklərin Azərbaycan elminin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov konfransda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində elmin inkişafının xüsusi yer tutduğunu bildirib, ölkəmizin sosial-iqtisadi inkişafında və rifahın təmin olunmasında elmin mühüm rolunu qeyd edib. Regionda formalaşan yeni reallıqların və çağırışların elmi ictimaiyyət, xüsusilə doktorantlar və gənc tədqiqatçılar qarşısında yeni vəzifələr irəli sürdüyünü diqqətə çatdıran Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyev tərəfindən nəqliyyat-logistika və yaşıl enerji resurslarının formalaşdırılması, aqrar sahənin inkişafı, tarixi-mədəni irsin bərpası və qorunması Naxçıvanın gələcək inkişafı üçün strateji istiqamətlər kimi müəyyən edilib. Bu hədəflərə nail olunmasında elmi tədqiqatların, innovativ yanaşmaların və müasir texnoloji həllərin mühüm əhəmiyyət daşıdığını vurğulayan səlahiyyətli nümayəndə doktorantların və gənc tədqiqatçıların bu proseslərdə fəal iştirakının vacibliyini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək universitetin NASCO 29-a ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, konfransın ölkədə elmi potensialın bir araya gətirildiyi ən geniş platformalardan biri olduğunu bildirib. Tədbirin elmtutumlu iqtisadiyyatın inkişafına və ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi siyasətə töhfə verdiyini diqqətə çatdırıb. NASCO 29-un indiyədək ölkə üzrə keçirilmiş ən genişmiqyaslı elmi konfrans olduğunu vurğulayan rektor konfransın ümumi iştirakçı sayının dinləyicilərlə birlikdə 5000 nəfəri ötəcəyini qeyd edib.

Bildirilib ki, konfransa 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş təqdim olunub, elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən yazılmış 1028 elmi iş qəbul edilib. Elbrus İsayev konfransın elmi keyfiyyət göstəricilərindən də bəhs edərək təqdim olunan işlərin beynəlxalq standartlara uyğunluğunun, elmi komitənin qiymətləndirməsinin və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi ilə əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb.

Rektor Naxçıvan Dövlət Universitetinin elmi fəaliyyətindən də danışaraq universitetin Scopus göstəriciləri üzrə ölkədə ilk beşlikdə yer aldığını, tələbələr arasında elmi fəaliyyətə marağın artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Naxçıvan Dövlət Universitetinin Memarlıq ixtisası üzrə doktorantı Məhəmməd Bayramov öz çıxışında konfransın təşkilinə görə təşəkkürünü bildirib, Naxçıvanın dini memarlıq abidələri istiqamətində apardığı tədqiqatı təqdim edib.

Sonra “Dövlət Proqramı” xətti ilə dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alan azərbaycanlı gənc tədqiqatçıların çıxışlarından ibarət videoçarx nümayiş olunub.

Tədbirdə konfransın tərəfdaş qurumlarına təşəkkür plaketləri təqdim olunub və xatirə fotosu çəkdirilib.

Tədbir Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin konsert proqramı ilə davam edib. Orkestrin ifasında təqdim olunan musiqi nömrələri tədbirin bədii hissəsinə xüsusi rəng qatıb.

Qeyd edək ki, hibrid (onlayn və əyani) formatda təşkil olunan konfrans 2 gün ərzində 21 zalda, 104 bölmə üzrə öz işini davam etdirəcək.

Ayətil Quliyeva

Xəbər Lenti

BDU-da Karyera Təlimi30.10.2026 - 19:41
BDU-da IELTS Uğuru30.10.2026 - 19:39
Lənkəranda Pedaqoji Müzakirə30.10.2026 - 19:36
ADNSU Tələbəsindən Qələbə30.10.2026 - 19:34
ADNSU-da Biotexnologiya Seminarı30.10.2026 - 19:31
ADNSU-da Elmi Seminar30.10.2026 - 19:28
ADNSU-da Təcrübə İmkanları30.10.2026 - 19:25
ADNSU-da qida təhlükəsizliyi ilə bağlı təlim keçirilib30.10.2026 - 19:23
ADNSU-da Müəllim Təlimi30.10.2026 - 19:16
ADNSU Tələbəsi ABŞ-da30.10.2026 - 19:13
ADU-da Elmi Müzakirə baş tutub 30.10.2026 - 19:11
Professor SABAH City-də ADNSU tələbələrinə ustad dərsi keçib30.10.2026 - 19:10
Aqarunov Təqaüdünün Qalibləri30.10.2026 - 19:07
ADU və Britaniya Şurasının birgə layihəsi davam edir30.10.2026 - 19:03
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib30.10.2026 - 18:59
DİM-də 9 fənn üzrə elmi-metodik seminarlar keçirilib30.10.2026 - 18:53
Gənc yazıçı Gül Turanın “EON” neoromanı təqdim edilib30.10.2026 - 18:43
Qərbi Kaspi Universiteti idman turniri keçirtdi30.10.2026 - 18:00
Sadır Japarov Azərbaycana təşəkkür edib30.10.2026 - 17:57
Azərbaycanda dövlət qurumlarında süni intellektin tətbiqi genişləndiriləcək30.10.2026 - 17:56
Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat davam edir30.10.2026 - 17:55
Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər30.10.2026 - 17:53
“Dövlət qulluqçularının rotasiyası və digər dövlət qulluğu vəzifəsinə keçirilmə” mövzusunda təlim təşkil olunub30.10.2026 - 17:52
Azərbaycanda müasir suvarma sistemləri tətbiq edilən ərazilərin sahəsi 155 min hektarı ötüb30.10.2026 - 17:49
ADA Məktəbində Payız festivalı – “Məhsul bayramı” təşkil edilib30.10.2026 - 17:45
Azərbaycan Mərkəzi Asiya ilə vahid təhsil məkanının yaradılmasını müzakirə edib30.10.2026 - 17:44
Beynəlxalq konqresdə Azərbaycan Milli Kitabxanasının rəqəmsal fəaliyyəti təqdim edilib30.10.2026 - 17:40
AMEA-da “keçmişdən bu günə Azərbaycan tarixinin izlərinin araşdırılması” mövzusu müzakirə olunub30.10.2026 - 17:37
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib30.10.2026 - 17:36
Qarabağ Universitetində mədəniyyətlərarası dialoq mövzusunda müzakirə keçirilib30.10.2026 - 17:35
Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir30.10.2026 - 17:32
Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib30.10.2026 - 17:31
“Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib30.10.2026 - 17:25
Oğuzda azsaylı xalqların tədbiri baş tutdu30.10.2026 - 17:22
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib30.10.2026 - 17:21
Elm və təhsil nazirinin müavini Mərkəzi Çağırış Komissiyasının iclasında iştirak edib30.10.2026 - 17:20
UFAZ-da təqaüd qaliblərinə Akademik Mükəmməllik sertifikatları təqdim olunub30.10.2026 - 17:17
Nazim Mustafanın “Tarixin sınağından çıxan qardaşlıq” məqaləsi işıq üzü gördü30.10.2026 - 17:15
DİM-də təlim təşkil olunub30.10.2026 - 17:14
İƏT-in Baş katibi Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə görüşüb30.10.2026 - 17:11
UFAZ-da Tədqiqat Şurasının 6-cı iclası keçirilib30.10.2026 - 17:11
DİM-in nümayəndələri beynəlxalq konfransda iştirak ediblər30.10.2026 - 17:05
Rusiya və Şimali Koreya birgə film çəkəcək30.10.2026 - 17:00
Yusif Nəbiyev: "Sosiologiya təhsilində praktiki tərəfə daha çox üstünlük verilməlidir".30.10.2026 - 15:24
Şahdağa qar yağıb 30.10.2026 - 14:41
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edildi30.10.2026 - 14:38
Məktəblimiz Latviyada bürünc medal qazanıb30.10.2026 - 14:36