Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Mexanika mühəndisliyi ixtisasının (qrup: 432.25E) tələbəsi Hüseynli Şəhriyar MMA üzrə keçirilən Respublika turnirində uğurlu çıxış edərək I yerin sahibi olub.
“Tehsil365” xəbər verir ki, 18–20 yaş qrupu üzrə 92 kq-dan yuxarı çəki dərəcəsində, Gamma sinfində mübarizə aparan Hüseynli Şəhriyar yarışda yüksək nəticə nümayiş etdirərək qalib adını qazanıb.

