Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin "Karyera yolu – 4" layihəsi çərçivəsində tələbələr üçün növbəti təlim təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçisi Nərgiz Şirinovanın təqdimatında keçirilən təlim "Karyera məqsədlərinin təyin edilməsi" mövzusuna həsr olunub.
Təlimdə iştirakçılara karyera məqsədlərinin düzgün müəyyənləşdirilməsi, qısamüddətli və uzunmüddətli hədəflərin seçilməsi, bu hədəflərə çatmaq üçün səmərəli fəaliyyət planının hazırlanması barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, uğurlu karyera qurmaq üçün fərdin öz maraq və bacarıqlarını tanıması, potensialını düzgün qiymətləndirməsi və peşə seçimini şəxsi məqsədləri ilə uzlaşdırması mühüm əhəmiyyət daşıyır.

