Təhsil 365 - Logo Mobile

“Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

5131.10.2026 - 08:30
 “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

Milli Xalça Muzeyində Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümünə həsr olunan “Çapanda ağ-boz atın büdrəməsin” adlı sərginin açılışı olub.

“Teshil365” AZƏRTAC -a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə döyüş atı mövzusu tarixi, mədəni və fəlsəfi aspektlərdən təqdim olunur.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan xalqının etnomədəni dəyərlər sistemində, folklorunda və mifologiyasında at kultunun xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, sərgi Azərbaycan və ümumilikdə türk hərb ənənəsində döyüş atının roluna həsr olunub. Əsrlər boyu orduların əsas dayaqlarından olan atlar sürət və güc rəmzinə çevrilib. Türk süvarilərinin döyüş taktikaları, atlı oxçuluq ənənəsi və azadlıq ruhu tarixin gedişinə təsir göstərib.

S.Yusifova döyüşçü qəbirləri üzərində ucaldılmış XIV–XVI əsrlərə aid at formalı qəbirdaşılarının da bu heyvanın yalnız döyüş vasitəsi deyil, həm də azadlığın, qüdrətin və müqəddəsliyin rəmzi olduğunu göstərdiyini vurğulayıb.

“Tarixdən gələn dözümlülük, çeviklik və sarsılmaz iradə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin mənəvi dayaqlarından birinə çevrildi”, – deyə nazir müavini əlavə edib.

O, sərginin bir il ərzində aparılmış nəzəri və praktiki araşdırmaların, təlimlərin, böyük zəhmətin nəticəsi olduğunu bildirərək, ekspozisiyanın və kataloqun hazırlanmasında əməyi olanlara təşəkkür edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu atların əsrlər boyu insanın yanında olduğunu, onun yoldaşına çevrildiyini və müharibələrdə mühüm rol oynadığını qeyd edib.

“Bu gün insanlar “Mercedes-Benz” və “Bentley” kimi markalara sahib olmaqla fəxr edirlər. Keçmişdə isə insanın nüfuzu onun atının cinsi və keyfiyyəti ilə ölçülürdü. At insanın ən yaxın köməkçilərindən biri olub. Buna görə də bu gün atlara böyük hörmətlə yanaşırıq”, – deyə o bildirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova sərginin birillik araşdırmaların və gərgin əməyin nəticəsi olduğunu deyib. O, ekspozisiyada Azərbaycan təsviri sənətində at obrazının müxtəlif dövrlərdəki təcəssümünün əks olunduğunu vurğulayıb.

ADMİU-nun fəxri professoru, Qazi Universitetinin professoru Alev Çakmakoğlu Kuru sərginin atın türk xalqlarının tarixində və mədəniyyətindəki rolunu nümayiş etdirmək baxımından əhəmiyyətini qeyd edib. O, alim və sənətkarların maraqlı mövzular təqdim etdiyini vurğulayıb, Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq münasibətlərindən danışıb.

Çıxışlardan sonra rəssam Naqiyə Rzayevanın qum sənəti üslubunda hazırladığı “Laçın: döyüş atı” kompozisiyası nümayiş etdirilib.

Qeyd edək ki, bu istiqamətdə ilk sərgi 2025-ci ildə döyüş silahları mövzusuna həsr olunub və uğurla keçirilib.

Ekspozisiyada yerli və türkiyəli müasir rəssam və heykəltəraşların 50-dən çox rəngkarlıq, heykəltaraşlıq, qrafika və dekorativ-tətbiqi sənət əsəri nümayiş olunur. Qobustan və Gəmiqaya qayaüstü təsvirlərindən, daş salnamələrdən, miniatür sənətindən və monumental rəngkarlıq ənənələrindən ilhamlanan əsərlərdə Azərbaycan tarixinin şanlı səhifələri və görkəmli şəxsiyyətləri də əksini tapıb.

Layihənin məqsədi Azərbaycan xalqının tarixi yaddaşında və mədəni irsində xüsusi yer tutan döyüş atı obrazını yeni bədii interpretasiyalarla təqdim etməkdir. Sərgidə at yalnız döyüş vasitəsi kimi deyil, insanın sirdaşı, yol bələdçisi və xilaskarı, eləcə də əcdad yaddaşının daşıyıcısı kimi təcəssüm olunur.

Sərgi çərçivəsində kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVII–XXI əsrlərə aid tarixi silah nümunələri və onların replikaları da təqdim edilir. Eksponatlar arasında şahzadə Abbas Mirzə Qacarın, II Şah Abbasın, Səfəvi dövlətinin vilayətlərindən birinin hakiminin və Şəki xanlarının istifadə etdiyi silahlar, həmçinin Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların replikaları yer alır. Kolleksiyada zülfüqar qılıncının və şaşkanın ənənəvi üsullarla hazırlanmış nümunələri, eləcə də döyüş atı mövzusunda süjetlərlə bəzədilmiş ənənəvi formalı sandıq da var.

Sərginin kataloqu Türkiyənin tərəfdaş “Thereplika” nəşriyyatı tərəfindən hazırlanıb.

Sərgi noyabrın 15-dək davam edəcək.


Əzizə Qayıtmazova

Xəbər Lenti

Əziz Əliyevin yubileyi qeyd edilib31.10.2026 - 09:49
Zəfər Gününə həsr edilmiş konsert keçirilib31.10.2026 - 09:47
Azərbaycanlı tələbə Harvardda beynəlxalq uğur əldə edib31.10.2026 - 09:24
ADA Məktəbində “Məhsul bayramı” keçirilib31.10.2026 - 08:40
Bakıda beynəlxalq rəqs festivalı keçirilir31.10.2026 - 08:35
Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur31.10.2026 - 08:32
Sabahın hava proqnozu açıqlanıb 31.10.2026 - 08:27
Azərbaycanlı şagirdlər Eynşteyn Olimpiadasında uğur qazanıblar31.10.2026 - 08:19
“Art Weekend”in rəsmi açılışı olub31.10.2026 - 08:12
BDU-da Karyera Təlimi30.10.2026 - 19:41
BDU-da IELTS Uğuru30.10.2026 - 19:39
Lənkəranda Pedaqoji Müzakirə30.10.2026 - 19:36
ADNSU Tələbəsindən Qələbə30.10.2026 - 19:34
ADNSU-da Biotexnologiya Seminarı30.10.2026 - 19:31
ADNSU-da Elmi Seminar30.10.2026 - 19:28
ADNSU-da Təcrübə İmkanları30.10.2026 - 19:25
ADNSU-da qida təhlükəsizliyi ilə bağlı təlim keçirilib30.10.2026 - 19:23
ADNSU-da Müəllim Təlimi30.10.2026 - 19:16
ADNSU Tələbəsi ABŞ-da30.10.2026 - 19:13
ADU-da Elmi Müzakirə baş tutub 30.10.2026 - 19:11
Professor SABAH City-də ADNSU tələbələrinə ustad dərsi keçib30.10.2026 - 19:10
Aqarunov Təqaüdünün Qalibləri30.10.2026 - 19:07
ADU və Britaniya Şurasının birgə layihəsi davam edir30.10.2026 - 19:03
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib30.10.2026 - 18:59
DİM-də 9 fənn üzrə elmi-metodik seminarlar keçirilib30.10.2026 - 18:53
Gənc yazıçı Gül Turanın “EON” neoromanı təqdim edilib30.10.2026 - 18:43
Qərbi Kaspi Universiteti idman turniri keçirtdi30.10.2026 - 18:00
Sadır Japarov Azərbaycana təşəkkür edib30.10.2026 - 17:57
Azərbaycanda dövlət qurumlarında süni intellektin tətbiqi genişləndiriləcək30.10.2026 - 17:56
Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat davam edir30.10.2026 - 17:55
Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər30.10.2026 - 17:53
“Dövlət qulluqçularının rotasiyası və digər dövlət qulluğu vəzifəsinə keçirilmə” mövzusunda təlim təşkil olunub30.10.2026 - 17:52
Azərbaycanda müasir suvarma sistemləri tətbiq edilən ərazilərin sahəsi 155 min hektarı ötüb30.10.2026 - 17:49
ADA Məktəbində Payız festivalı – “Məhsul bayramı” təşkil edilib30.10.2026 - 17:45
Azərbaycan Mərkəzi Asiya ilə vahid təhsil məkanının yaradılmasını müzakirə edib30.10.2026 - 17:44
Beynəlxalq konqresdə Azərbaycan Milli Kitabxanasının rəqəmsal fəaliyyəti təqdim edilib30.10.2026 - 17:40
AMEA-da “keçmişdən bu günə Azərbaycan tarixinin izlərinin araşdırılması” mövzusu müzakirə olunub30.10.2026 - 17:37
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib30.10.2026 - 17:36
Qarabağ Universitetində mədəniyyətlərarası dialoq mövzusunda müzakirə keçirilib30.10.2026 - 17:35
Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir30.10.2026 - 17:32
Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib30.10.2026 - 17:31
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb30.10.2026 - 17:30
“Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib30.10.2026 - 17:25
Oğuzda azsaylı xalqların tədbiri baş tutdu30.10.2026 - 17:22
ADA Univesiteti və ABŞ-nin Corc Vaşintqon Universitetinin İkili Diplom Proqramı üzrə Rəhbər Komitənin görüşü keçirilib30.10.2026 - 17:21
Elm və təhsil nazirinin müavini Mərkəzi Çağırış Komissiyasının iclasında iştirak edib30.10.2026 - 17:20
UFAZ-da təqaüd qaliblərinə Akademik Mükəmməllik sertifikatları təqdim olunub30.10.2026 - 17:17