Koreya Respublikasının Azərbaycandakı səfiri Kanq Kımqu Bakı Mühəndislik Universitetində (BMU) olub.
“Tehsil365” xəbər verir ki, bu barədə universitetin rəsmi saytında məlumat yayılıb.
Səfər çərçivəsində BMU-nun rektoru Yaqub Piriyev ilə görüş keçirilib. Rektor qonağı salamlayaraq Azərbaycan və Koreya arasında təhsil və elm sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüş zamanı 2020-ci ildən BMU ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əhəmiyyətinə diqqət çəkilib. Bildirilib ki, proqram mühəndislik sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına və Azərbaycan ali təhsilinin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

