Quba rayonunda bir sıra məktəb və uşaq bağçalarının adları dəyişdirilib.
“Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarında qeyd olunub.
Qərara əsasən, nazirliyin tabeliyindəki məktəbəqədər və ümumi təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib.
Belə ki, məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevka adı isə Çinarlı ilə əvəzlənib.
Ümumi təhsil müəssisələri üzrə Vladimirovka adı Elbir, Alekseyevka adı isə Çinarlı olaraq dəyişdirilib.
Qeyd edək ki, dəyişikliklər “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” 2026-cı il 12 may tarixli qanunun icrası ilə əlaqədar həyata keçirilib.
Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

