Heydər Əliyev Mərkəzində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub.
“Tehsil365” xəbər verir ki, festivalın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Leyla Əliyeva çıxışında festivalda müxtəlif ölkələrdən tanınmış rəssamların iştirak etdiyini və bu tədbirin fikir mübadiləsi üçün gözəl fürsət olduğunu bildirib. O, 2012-ci ildə Qafqazın "Böyük beşliyi" təşəbbüsünün yaradıldığını xatırladaraq, bu təşəbbüsə qonur ayı, boz canavar, Qafqaz bəbiri, imperator qartalı və ceyranın daxil olduğunu qeyd edib.
Festival çərçivəsində "Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi", "Təbiət danışanda. Varislər", çinli rəssam Canq Cinin "Həqiqət dərisi", amerikalı rəssam Cudi Çikaqonun "Qadınlar dünyanı idarə etsəydilər..." və italiyalı Mikelancelo Pistolettonun "Əbədiyyət güzgüsü" sərgiləri təqdim olunub.
Festival noyabrın 1-dək davam edəcək.

