Festivalın əsas məqsədi ölkədə yaşayan müxtəlif etnik qrupların zəngin mədəni irsini, milli adət-ənənələrini və sənətkarlıq nümunələrini tanıtmaq, xalqlar arasında dostluq və həmrəyliyi daha da möhkəmləndirməkdir.
“Tehsil365” xəbər verir ki, festival çərçivəsində ləzgi, udin, yəhudi, Axıska türkləri və digər xalqların mədəniyyətini əks etdirən əl işləri, milli geyimlər, mətbəx nümunələri və sənətkarlıq məhsulları nümayiş olunub. Eyni zamanda, Oğuz və Şəkidən olan sənətkarların əl işləri tanıdılıb.
Tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri və rəqslərdən ibarət rəngarəng mədəni proqram təqdim olunub.

