Oktyabrın 30-da Sumqayıt Dövlət Universitetinin (SDU) Kitabxana İnformasiya Mərkəzində Dayanıqlı İnkişaf Mərkəzi və İnklüziv Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə universitetin məzunu Yusif Əlilinin "Sərhədsiz həyat" kitabının təqdimatı keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov məzun Yusif Əlilinin həyat yolunu əks etdirən kitabın ərsəyə gəlməsini əlamətdar hadisə kimi qiymətləndirib.
Müəllif Yusif Əlili çıxışında ilk kitabının məzunu olduğu doğma universitetdə təqdim edilməsindən məmnunluğunu ifadə edib.
Tədbir çərçivəsində müəllifin rəsm əsərlərindən ibarət sərgi də nümayiş olunub.

