Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında tədris, elmi-tədqiqat və kadr hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
“Tehsil365” xəbər verir ki, memoranduma Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov imza atıblar.
Sənədə əsasən, tərəflər professor-müəllim heyətinin və əməkdaşların akademik mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması, simpozium, konfrans, qısamüddətli kurs və görüşlərin təşkili, eləcə də ömürboyu təhsil proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
Anlaşma memorandumu 5 il müddətində qüvvədə qalacaq.

