Təhsil 365 - Logo Mobile

Aydan Ələkbərova: "Davam etdirmək üçün maddi və mənəvi dəstək vacib idi"

2901.11.2026 - 08:35
Aydan Ələkbərova: "Davam etdirmək üçün maddi və mənəvi dəstək vacib idi"

"2025-ci ilin aprel ayından fəaliyyət göstərən "Şəhidin səsi" layihəsi öz fəaliyyətini başa çatdırır. Layihə çərçivəsində 81 şəhid ailəsi ilə görüş keçirilib, qəhrəmanlarımızın həyat və döyüş yolu, ailələrinin yaddaşında yaşayan xatirələri ictimaiyyətə təqdim olunub. Layihənin bağlanması ilə bağlı qərar isə onun gələcək fəaliyyəti və qarşılaşdığı çətinliklər barədə bir sıra suallar doğurub".

"Tehsil365"ə müsahibəsində "Şəhidin səsi" layihəsinin rəhbəri Aydan Ələkbərova layihənin yaranma tarixçəsi, həyata keçirilməsi zamanı qarşılaşdıqları çətinliklər, 81 şəhid ailəsi ilə görüşün onda yaratdığı təəssüratlar və fəaliyyətin dayandırılması qərarının səbəbləri barədə danışıb.

– İlk növbədə, "Şəhidin səsi" layihəsinin yaranma tarixçəsindən danışmağınızı istərdik. Bu layihəni həyata keçirmək ideyası necə yarandı?

– "Şəhidin səsi" layihəsi mənim şəxsi təşəbbüsümlə yaranıb. Uzun müddət düşünürdüm ki, şəhidlərimizin həyat hekayələri, ailələrinin xatirələri və onların keçdiyi döyüş yolu daha geniş auditoriyaya çatdırılmalıdır. Çünki hər bir şəhidin arxasında danışılmağa layiq bir həyat, yarımçıq qalmış arzular və onu heç vaxt unutmayan bir ailə var.

İstəyirdim ki, insanlar şəhidlərimizi yalnız döyüş meydanındakı qəhrəmanlıqları ilə deyil, həm də bir övlad, bir ata, bir qardaş, bir həyat yoldaşı kimi tanısınlar. Onların ailələrinin yaddaşında yaşayan xatirələrini gələcək nəsillərə çatdıraq.

Beləliklə, bu fikir layihəyə çevrildi və 14 aprel 2025-ci ildə "Şəhidin səsi"nin ilk buraxılışı yayımlandı. Mənim üçün bu, sadəcə yeni bir layihənin başlanğıcı deyil, böyük mənəvi məsuliyyətin ilk addımı idi.

– Niyə məhz şəhid ailələrinin xatirələrini, yaşadıqlarını və şəhidlərimizin döyüş yolunu ictimaiyyətə çatdırmaq qərarına gəldiniz?

– Çünki hesab edirəm ki, şəhidlərimizi tanımaq yalnız onların döyüş meydanında göstərdikləri qəhrəmanlıqları bilməklə bitməməlidir. Onların necə yaşadıqlarını, nələri sevdiklərini, hansı arzularla yaşadıqlarını, ailələri ilə münasibətlərini də bilməliyik.

Hər bir şəhid ailəsinin öz hekayəsi, öz ağrısı və öz xatirəsi var. Biz həmin ailələrin qapısını döyərək, bəzən illərlə heç kimə danışmadıqları xatirələrə şahidlik etdik. İstəyirdik ki, bir ananın övladı haqqında danışdığı xatirə, bir atanın fəxrlə söylədiyi sözlər, bir övladın atasına olan həsrəti yalnız həmin evin divarları arasında qalmasın.

Mənim üçün bu layihənin ən böyük məqsədi şəhidlərimizin adlarını yaşatmaqla yanaşı, onların geridə qoyduqları ailələrin səsini də cəmiyyətə çatdırmaq idi.

– Layihənin ilk buraxılışını hazırlayarkən gələcəkdə bu qədər şəhid ailəsi ilə görüşəcəyinizi təsəvvür edirdinizmi?

– Açığı, ilk buraxılışı hazırlayarkən qarşıda bizi 81 şəhid ailəsi ilə görüşün gözlədiyini təsəvvür etmirdik. İlk görüşümüzün həyəcanı isə tamam başqa idi. Şəhid ailəsinin evinə daxil olmaq, ailə üzvləri ilə tanış olmaq, onların yaşadıqlarını dinləmək bizim üçün çox fərqli və ağır bir təcrübə idi.

Bəli, biz göz yaşlarını görürdük, amma məsələ yalnız göz yaşlarından ibarət deyildi. O evlərin ab-havasını, danışılan hər bir xatirənin arxasındakı ağrını, bəzən sözlə ifadə olunmayan hissləri də yaşayırdıq. Hər görüşdən sonra özümüzlə təkcə çəkiliş materialı deyil, yaddaşımızdan silinməyəcək duyğular aparırdıq.

Zaman keçdikcə 81 ailənin qapısını döydük. Hər ailə bizə ayrı bir həyat hekayəsi, ayrı bir xatirə bəxş etdi. Bu gün geriyə baxanda anlayıram ki, ilk görüşdəki həyəcanımızla son görüşdəki hisslərimiz arasında böyük bir yol var. Amma məsuliyyətimiz heç vaxt azalmadı.

– "Şəhidin səsi" layihəsinin fəaliyyətini başa çatdırması barədə qərar necə verildi? Bu qərarın arxasında hansı səbəblər dayanır?

– Bu qərar ümumi müzakirələr nəticəsində verildi. Layihənin davam etdirilməsi üçün müəyyən maddi imkanlar və dəstək vacib idi. Təəssüf ki, zaman keçdikcə bu istiqamətdə çətinliklərlə qarşılaşdıq. Layihənin həyata keçirilməsində bizimlə əməkdaşlıqdan imtina edənlər oldu, bəzi məqamlarda gözlədiyimiz dəstəyi görə bilmədik. Hətta əvvəl yanımızda olan insanların da bir qisminin zamanla bizdən uzaqlaşdığını gördük.

Əlbəttə, belə bir layihəni davam etdirmək yalnız istək və məsuliyyətlə mümkün olmur. Bunun üçün həm maddi, həm də mənəvi dəstək lazımdır.

Bu qərarı vermək asan olmadı. Çünki söhbət sadəcə bir verilişin bağlanmasından getmirdi. Mənim şəxsi təşəbbüsümlə yaranan, aylarla zəhmət çəkdiyimiz və 81 ailənin xatirələrini özündə birləşdirən bir layihədən danışırıq.

Amma bəzən bir işi layiq olduğu şəkildə davam etdirmək mümkün olmadıqda, onu dəyərini qoruyaraq tamamlamalısan. Biz də bu yolu seçdik. Layihənin bitməsi onun uğursuzluğu demək deyil. Əksinə, imkanlarımız daxilində başladığımız işi müəyyən bir nəticəyə çatdırdıq.

– 81 şəhid ailəsi ilə görüşdən sonra layihəni davam etdirmək barədə düşüncələriniz varmı?

– Xeyr, "Şəhidin səsi" layihəsinin hazırkı formatda davamı olmayacaq. Mən istəyirəm ki, bu layihə məhz bu şəkildə, özünəməxsusluğu və yaddaşlarda yaratdığı izlə tamamlanmış olsun.

81 şəhid ailəsi ilə görüşmək, onların evində olmaq, xatirələrini dinləmək və bu hekayələri ictimaiyyətə çatdırmaq bizim üçün böyük bir təcrübə oldu. Düşünürəm ki, layihənin ən böyük dəyəri də məhz bu 81 ailənin bizə etibar etdiyi xatirələrdir.

Bəlkə də illər sonra bu buraxılışlara yenidən baxılacaq, həmin ailələrin danışdıqları xatirələr başqa nəsillərə də çatacaq. Mənim üçün ən önəmlisi budur.

"Şəhidin səsi"nin çəkilişləri dayana bilər, amma burada danışılan həyat hekayələri, səsləndirilən xatirələr və yaşadılan duyğular qalacaq. Bizim arxamızca qoyduğumuz ən böyük iz də elə budur.

Xədicə Hüseyn

Xəbər Lenti

Bakıda APA TV-nin əməkdaşına hücum edilib 01.11.2026 - 09:11
AƏSMA-da Elmi Konfrans31.10.2026 - 19:00
NDU və ADNSU Əməkdaşlığı31.10.2026 - 18:32
SDU-da Kitab Təqdimatı31.10.2026 - 18:28
Mədəni İrs Festivalı baş tutdu31.10.2026 - 18:19
Leyla Əliyeva Festivalda31.10.2026 - 18:14
Cəlilabadda direktor saxta diplom satdığına görə saxlanıldı31.10.2026 - 17:59
Tbilisidə peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq 31.10.2026 - 17:50
Gennadi Xazanov Heydər Əliyevin məzarını ziyarət edib31.10.2026 - 17:47
Azərbaycanda dövlət xidmətlərində süni intellekt tətbiq edilə bilər – Niderland şirkəti ilə memorandum imzalanıb31.10.2026 - 17:44
Cozef Tomsonun atom modeli ilk dəfə vizuallaşdırılıb 31.10.2026 - 17:42
"Google" Gemini 4 Carbon" süni intellekt modelini təqdim edib31.10.2026 - 17:39
Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil31.10.2026 - 17:36
Zəfər Günü münasibətilə bulvarda konsert olacaq31.10.2026 - 17:29
“Şəhərsalma mədəniyyəti”adlı monoqrafiya nəşr olunub31.10.2026 - 17:20
Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər31.10.2026 - 17:18
Akademik Vaqif Abbasovun “Seçilmiş əsərləri” kitabının birinci hissəsi çapdan çıxıb31.10.2026 - 17:17
Azərbaycanlı alimin Əlişir Nəvaiyə həsr olunan monoqrafiyası Özbəkistanda təqdim edilib31.10.2026 - 17:12
Nobel mükafatı alan “Novaya qazeta” bağlandı31.10.2026 - 17:07
Rusiyada Dostoyevski Film Festivalında "Perspektiv" müsabiqə proqramına start verilib.31.10.2026 - 17:03
Azər Bayramov: Startaplar iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilir31.10.2026 - 17:00
LDU-da təhsil və əmək bazarının inteqrasiyası müzakirə olunub31.10.2026 - 16:51
Azərbaycanda süni intellekt və innovasiya sahəsində yeni addımlar atılır31.10.2026 - 15:44
DİM nümayəndələri Bişkekdə beynəlxalq konfransda iştirak ediblər31.10.2026 - 15:29
Qubada bir sıra məktəb və bağçaların adları dəyişdirilib31.10.2026 - 15:22
Koreya səfiri BMU-da tələbələrlə görüşüb31.10.2026 - 15:17
Pedaqoji Universitet NASCO29-da təmsil olunub31.10.2026 - 15:13
Professor Arif Əfəndiyev vəfat etdi 31.10.2026 - 15:00
NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb31.10.2026 - 14:48
“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert keçirilib31.10.2026 - 10:07
Əziz Əliyevin yubileyi qeyd edilib31.10.2026 - 09:49
Zəfər Gününə həsr edilmiş konsert keçirilib31.10.2026 - 09:47
Azərbaycanlı tələbə Harvardda beynəlxalq uğur əldə edib31.10.2026 - 09:24
ADA Məktəbində “Məhsul bayramı” keçirilib31.10.2026 - 08:40
Bakıda beynəlxalq rəqs festivalı keçirilir31.10.2026 - 08:35
Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur31.10.2026 - 08:32
“Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb31.10.2026 - 08:30
Sabahın hava proqnozu açıqlanıb 31.10.2026 - 08:27
Azərbaycanlı şagirdlər Eynşteyn Olimpiadasında uğur qazanıblar31.10.2026 - 08:19
“Art Weekend”in rəsmi açılışı olub31.10.2026 - 08:12
DİM nümayəndələri Bişkekdə beynəlxalq konfransda iştirak ediblər30.10.2026 - 20:00
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar30.10.2026 - 20:00
BDU-da Karyera Təlimi30.10.2026 - 19:41
BDU-da IELTS Uğuru30.10.2026 - 19:39
Lənkəranda Pedaqoji Müzakirə30.10.2026 - 19:36
ADNSU Tələbəsindən Qələbə30.10.2026 - 19:34
ADNSU-da Biotexnologiya Seminarı30.10.2026 - 19:31