İtaliyada 2027-ci il dövlət büdcəsi layihəsi çərçivəsində məktəblərdə müəllim və inzibati-texniki heyət üzrə ümumilikdə 6 974 iş yerinin ixtisarı nəzərdə tutulub.
“Tehsil365” xarici KİV-ə istinadən xəbər verir ki, layihəyə əsasən, 4 925 müəllim ştatının, 2 049 isə inzibati və texniki heyət yerinin azaldılması planlaşdırılır.
Gözlənilir ki, bu dəyişikliklər 2028-ci ildən etibarən dövlət büdcəsinə hər il təxminən 252 milyon avro qənaət etməyə imkan verəcək.
Qeyd edək ki, sözügedən təklif həmkarlar ittifaqları və müxalifət nümayəndələrinin tənqidinə səbəb olub.

