Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 1-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin buraxılış qiymətləndirmə monitorinqi keçirilir.
“Tehsil365” xəbər verir ki, bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, monitorinqdə 4 minə yaxın şagird iştirak edir.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.

