Noyabrın 2-də əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunmuş film yayımlanacaq.
“Tehsil365” xəbər verir ki, “RTV Slovenija”nın istehsal olunmuş film İkinci Dünya Müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş igid Azərbaycan oğlunun qəhrəmanlıq yoluna işıq salır.
Çəkilişlər 2026-cı ilin mart ayında Bakı şəhəri, Abşeron rayonunun Novxanı kəndi, Oğuz və İsmayıllı rayonlarında aparılıb.
Sənədli filmin yaradılmasına Azərbaycan Respublikasının Nazirliyi, Nazirliyin Mədəniyyət Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar tərəfindən dəstəklənib.

