Təhsil 365 - Logo Mobile

Fidan Haşımova: “Şəhidin səsi” proqramı başa çatsa da, şəhidlərimizin səsi heç vaxt susmayacaq”

2801.11.2026 - 19:27
Fidan Haşımova: “Şəhidin səsi” proqramı başa çatsa da, şəhidlərimizin səsi heç vaxt susmayacaq”

“Tehsil365” Xəbər Portalının həyata keçirdiyi “Şəhidin səsi” proqramı çərçivəsində koordinator kimi fəaliyyət göstərmək mənim üçün sadəcə iş deyil, həm də böyük bir vicdan borcu idi. Bu layihə həyatımda unudulmaz izlər buraxdı. Proqramın başa çatması ilə həm böyük bir qürur, həm də kövrək bir ayrılıq hissi yaşayıram".

Bu fikirləri “Tehsil365”ə açıqlamasında “Şəhidin səsi” proqramının koordinatoru Fidan Haşımova deyib. O qeyd edib ki, layihə çərçivəsində görülən işlər, şəhid ailələri ilə keçirilən görüşlər və dinlənilən həyat hekayələri onun üçün həm mənəvi, həm də peşəkar baxımdan böyük təcrübə olub.

F.Haşımova bildirib ki, proqramın koordinatoru kimi fəaliyyət göstərmək heç də asan olmayıb. Onun sözlərinə görə, hər bir şəhid ailəsi ilə əlaqə saxlamaq, onların qapısını döymək, yaşadıqları ağrını yenidən xatırlatmadan dinləmək xüsusi həssaslıq və məsuliyyət tələb edirdi.

“Bəzən saatlarla yol getdik, bəzən bir müsahibənin təşkili üçün günlərlə gözlədik. Texniki çətinliklər, vaxt məhdudiyyəti, internet və əlaqə problemləri də işimizin bir hissəsi idi. Elə anlar olurdu ki, telefon danışığı zamanı göz yaşlarımı saxlaya bilmirdim. Çünki hər hekayənin arxasında bütöv bir ömür, hər ananın qəlbində isə böyük bir həsrət dayanırdı. Bir tərəfdən işimi peşəkar şəkildə yerinə yetirməli, digər tərəfdən qarşımda övlad itkisi yaşamış bir ananın göz yaşlarına şahid olmalı idim. Bu iki hiss arasında tarazlığı qorumaq mənim üçün ən çətin məqamlardan biri idi”, – deyə o vurğulayıb.

Koordinator qeyd edib ki, layihə çərçivəsində yalnız çəkiliş prosesinin təşkili ilə kifayətlənməyib, proqramın sosial şəbəkələrdə tanıdılması istiqamətində də fəal çalışıb. Buraxılışların anonsları, video fraqmentləri və digər paylaşımlar mütəmadi olaraq sosial platformalarda yayımlanıb. Əsas məqsəd şəhidlərin həyat və döyüş yolunun daha geniş auditoriyaya çatdırılması, onların xatirəsinin yaşadılması olub.

F.Haşımova layihə müddətində yaddaşında dərin iz buraxan məqamların da olduğunu bildirib. O, xüsusilə şəhid analarından birinin “Balamın səsini siz yaşadırsınız” sözlərini heç vaxt unutmayacağını deyib.

“Bir atanın oğlunun şəklinə baxaraq ‘Oğlum Vətən üçün getdi, mən onunla fəxr edirəm’ deməsi, eyni zamanda gözlərinin dolması yaddaşımdan silinməyəcək. Biz bu layihədə şəhidlərimizi sadəcə ad və rəqəm kimi təqdim etmədik. Onları bir insan, bir övlad, bir qardaş, bir ata kimi tanıtdıq. Yarımçıq qalan arzularından, sevdikləri mahnılardan, doğmalarına yazdıqları məktublardan danışdıq. İstədik ki, tamaşaçılar onların yalnız döyüş yolunu deyil, necə bir insan olduqlarını da yaxından tanısınlar”, – deyə F.Haşımova əlavə edib.

O bildirib ki, “Şəhidin səsi” layihəsi ona səbirli olmağı, insanları diqqətlə dinləməyi, məsuliyyəti daha dərindən dərk etməyi və Vətənin müqəddəsliyini bir daha anlamağı öyrədib.

Koordinator komanda daxilindəki iş prosesinə də toxunaraq qeyd edib ki, layihənin daha keyfiyyətli və peşəkar hazırlanması üçün tələbkarlıq və intizam əsas şərtlərdən olub. Bu baxımdan, “Tehsil365”in rəhbəri Əli bəyin iş prosesində komanda üzvlərinə qarşı tələbkar mövqeyinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Bəzən işlə bağlı, intizam məsələlərinə görə rəhbərimizin bizi və könüllüləri danladığı məqamlar da olurdu. İlk vaxtlar bunu ağır qarşılasaq da, sonradan həmin tələbkarlığın işimizin daha keyfiyyətli və peşəkar alınması üçün olduğunu anladıq. Bu proses bizi daha məsuliyyətli olmağa sövq etdi”, – deyə o bildirib.

F.Haşımova layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusilə “Tehsil365” Xəbər Portalının rəhbərliyinə, komanda üzvlərinə və çəkilişlər üçün qapılarını, eləcə də qəlblərini onlara açan şəhid ailələrinə təşəkkürünü bildirib.

O, proqramın fəaliyyətini başa vurmasının çəkilmiş materialların yayımlanmasının dayandırılması anlamına gəlmədiyini də diqqətə çatdırıb. Belə ki, çəkilişi tamamlanmış, lakin hələ ictimaiyyətə təqdim edilməmiş buraxılışların növbə ilə sosial platformalarda paylaşılması davam etdiriləcək.

“Bu, o demək deyil ki, proqram başa çatdı və biz artıq yoxdur. Biz hər zaman buradayıq. Çəkilişlərlə bağlı müraciət etmək istəyən şəhid ailələri bizimlə əlaqə saxlaya bilərlər. ‘Tehsil365’ komandası olaraq onların yanında olmağa hazırıq. Qarşıdakı dövrdə isə yeni layihələrlə yenidən tamaşaçıların qarşısına çıxmağı planlaşdırırıq”, – deyə F.Haşımova qeyd edib.

Sonda koordinator “Şəhidin səsi” layihəsinin başa çatmasına baxmayaraq, şəhidlərin xatirəsinin yaşadılmasının hər zaman davam edəcəyini vurğulayıb:

“‘Şəhidin səsi’ proqramı bitdi, amma onların səsi heç vaxt susmayacaq. Biz yaşadıqca, biz danışdıqca onlar yaşayacaq. Ruhları şad, məkanları cənnət olsun!”

Fidan Abışova

Xəbər Lenti

Professor Müslüm Qurbanov vəfat edib01.11.2026 - 18:50
167 nömrəli məktəbin müəllimi vəfat edib01.11.2026 - 18:43
Daş Salnamə Muzeyində "Art Weekend" çərçivəsində sərgilər təqdim olunub01.11.2026 - 18:10
İcra məmuru olmaq üçün müsabiqə elan edildi01.11.2026 - 17:58
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu01.11.2026 - 17:49
"Mixaylo" haqqında filmin premyerası olacaq01.11.2026 - 17:39
Cəlilabadda qədim yaşayış məskəni tapılıb01.11.2026 - 17:35
Uşaqlar üçün yeni mahnılar təqdim olunub01.11.2026 - 17:22
Gənclərin Respublika Elmi Konfransı keçiriləcək01.11.2026 - 17:12
NASCO29 konfransına 1028 elmi iş qəbul edilib01.11.2026 - 17:02
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib01.11.2026 - 17:00
Azərbaycanda bölgə teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb01.11.2026 - 16:55
“Nəfəsim Vətən” tamaşasının premyerası olub01.11.2026 - 16:50
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub01.11.2026 - 15:53
Məktəbli beynəlxalq çempionatda uğur qazanıb01.11.2026 - 15:51
Niyə “O”? – Rəssamla görüş01.11.2026 - 14:47
Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb01.11.2026 - 14:45
Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub01.11.2026 - 14:43
Gəncədə yeniyetməni avtomobil vurdu01.11.2026 - 14:38
Ebola daha 3 ölkədə yayıldı - Ölənlərin sayı 5 mini keçdi01.11.2026 - 14:34
Naxçıvanda XI siniflər üçün monitorinq keçirilir01.11.2026 - 14:33
Uşaqların məktəbdə uğurunun təməli bağçada qoyulur 01.11.2026 - 14:24
NASA-nın “Hubble” teleskopu kainatla bağlı gözlənilməz nəticə əldə etdi01.11.2026 - 13:20
Müəllim 16 il işə getmədən maaş alıb 01.11.2026 - 13:16
Sabahdan Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti gəlir01.11.2026 - 13:14
Sabah şimşək çaxacaq, güclü yağış yağacaq01.11.2026 - 13:11
Məktəblərdə 7 minə yaxın iş yeri ixtisar edilə bilər01.11.2026 - 13:09
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır01.11.2026 - 13:08
Yaponiya xarici vətəndaşlar üçün yapon dili təhsilini genişləndirir01.11.2026 - 13:05
Professor vəfat edib01.11.2026 - 13:04
Universitetlərə qəbul sistemi dəyişdiriləcək01.11.2026 - 12:59
Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında qələbə qazanıb01.11.2026 - 12:56
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib01.11.2026 - 12:30
Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb01.11.2026 - 12:27
Sabah 22 dərəcə isti olacaq01.11.2026 - 12:15
Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur01.11.2026 - 12:13
Bakıda APA TV-nin əməkdaşına hücum edilib 01.11.2026 - 09:11
Aydan Ələkbərova: "Davam etdirmək üçün maddi və mənəvi dəstək vacib idi" 01.11.2026 - 08:35
AƏSMA-da Elmi Konfrans31.10.2026 - 19:00
NDU və ADNSU Əməkdaşlığı31.10.2026 - 18:32
SDU-da Kitab Təqdimatı31.10.2026 - 18:28
Mədəni İrs Festivalı baş tutdu31.10.2026 - 18:19
Leyla Əliyeva Festivalda31.10.2026 - 18:14
Cəlilabadda direktor saxta diplom satdığına görə saxlanıldı31.10.2026 - 17:59
Tbilisidə peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq 31.10.2026 - 17:50
Gennadi Xazanov Heydər Əliyevin məzarını ziyarət edib31.10.2026 - 17:47
Azərbaycanda dövlət xidmətlərində süni intellekt tətbiq edilə bilər – Niderland şirkəti ilə memorandum imzalanıb31.10.2026 - 17:44